Tip:
Highlight text to annotate it
X
İslami dəvətdə insanı inkişaf etdirən və gerilədən səbəblər nələrdir?
İrəliyə aparan mənəviyattır, elmdir, səy göstərmədir, Allaha xidmətdə çalışmaqdır ,yorulmaqdır, əziyyət çəkməkdir.
İnsanı gerilədən də mənəviyyatsızlıqdır, Allah (c.c.) ilə dialoqun,irtibatın olmamasıdır.
Allah ilə dialoq qurmayıb bunun yerinə insanlarla dialoq quranların sonu yoxdur.
Allahı tanımayıb ki sevsin , tanısaydı sevərdi. Sevsəydi bu yoldan ayrılmazdı.
Mərifətullah (Allahı haqqıyla tanımaq) olmadan Məhəbbətullah (Allahı haqqıyla sevmek) də olmur.
Məhəbbətullah olmadıqda bu yolda səy göstərmək,çalışmağa cəhd etmek də olmur. Allahı tanımayan Allahı sevə bilməz,
Allahı sevməyən də bu yolda çalışqan olmaz.
Bunun sonunda da geriləyər. Nəfsinə məğlub ola bilər.
Allah'a haqqıyla iman etmədən iman yoluna giribdir.Bunun sonu yoxdur.
Ya da benzin almır,benzini qurtaracaq. Vitamin almır.
Qur'an oxumur, kitab oxumur, ibadətlərinə diqqət etmir,
bir gün belə gözündən bir damla gözyaşı gəlməyib, bir gün belə Allahı zikr etməyib.
Təbii ki, benzin almadıqda bunun sonu bu olacaq.
Bir insan əgər dərslərə gəlmir,dərsləri buraxırsa o insanın bu yolda ömrünə bir vəya iki il qalmışdır deməkdir.
Baxın bunu mən sizə deyirəm, əgər bir insan dərslərə gəlmir ve buraxırsa, bir-iki il sonra tamamı ilə bu davanı buraxa bilər.
Tamamilə özünü itirə bilər. Ya geri dönəcək ya da tamamilə özünü itirəcək.
Dərsləri axsatmaq dini axsatmanın başlanğıcıdır.
Bir insan əgər dərsləri axsadırsa,
əvvəllər hər zaman gəlir sonraları bir gəlir bir gəlmirsə,
veya sonralar gəlir deyək ki, burda oturacağına pilləkənlərdə olur,
aşağıda olur, yolda onunla bununla söhbət edirsə,
bu adamın bu yolda ömrü azalmışdır.
İnsan burda bir santimetr yer tapsa belə bura gəlməlidir.
Yeri gəlsə burda üst-üstə oturacaqsan.Aşağıda nə işin var?
Hələ bir üst üstə otur əgər sığmazsan sonra gələnlər aşağıya getsin.
Əgər bir insan oturacağı bir sm boş yer varkən,
pilləkənlərdə durursa, aşağıda olursa o adamın bu davada ömrü qısadır.
Bu ciddiyyətsizləşmişdir.
Biz bunu min dəfə gördük yoxsa ehtimallara görə danışmırıq, təcrübələrimiz ilə danışırıq.
Kim belə oldu isə sonu pis oldu.