Tip:
Highlight text to annotate it
X
4 İyul 2011-ci il tarixdə biz qarşılıqlı asılılıq haqda
qısa bir filmdə iştirak barəsində müraciət yerləşdirdik.
Cavab olaraq dünyanın hər tərəfində müxtəlif incəsənət işləri və videolar yaradılmışdır.
Və aşağıdakılar ərsəyə gəldi...
Dünyada baş verən hadisələr zamanı...
bizi birləşdirən əsas xüsüsiyyətlərinin
tanınması getdikcə zəruri
olduqda.
O zaman biz doğruluğuna inandığımız həqiqətləri
yenidən qiymətləndirməliyik.
Bütün insanlar bərabər yaradılıb
və biri-birilərinə bağlıdırlar
Bütün insanlar bərabər yaradılıb və biri-birilərinə bağlıdırlar.
Bizim hamımızı həyat
azadlıq
xoşbəxtlik
qida
su
sığınacaq
təhlükəsizlik
təhsil
ədalət
və daha yaxşı gələcəyə ümid birləşdirir.
Bizim ümumi bilik
iqtisadiyyat
texnologiya və ətraf mühit
əsaslı surətdə biri birindən qarşılıqlı asılılıqdadır.
Qarşılıqlı asılılıqdadır.
Bizi bir növ kimi irəliyə apacaq xüsusiyyətlər
bizim öyrənmək həvəsimiz
bağışlamaq bacarığımız
qədr bilməyimiz
bizim cəsurluğumuz
və bizim birləşmək arzumuz olacaq.
Bu oxşar xüsusiyyətlər
sonda bizə tam potensialımızla
inkişaf etməyə kömək edəcək.
Və halbuki, problemlərimizi ciddi qəbul etməliyik,
biz ozümüz özümüzü heç vaxt həddindən artıq ciddi qəbul etməməliyik.
Çünki bizi birləşdirən daha bir şey
gülmək və səhvlərimizdən
öyrənmək cəhdlərimizdir.
Ondan ötrü ki, biz keçmişdən öyrənə bilək
dünyada öz yerimizi anlaya bilək
və əlimizdə olan bilikləri
daha yaxşı gələcək yaratmaq üçün istifadə edə bilək.
Beləliklə, ola bilsin ki,
zamanı gəldi ki, biz
gülməyi
suallar verməyi və birləşməyi sevən məxluqlar kimi
radikal və doğru bir şey edək.
Əsrlər boyu biz müstəqillik elan etmişik
Bəlkə də hal-hazırda
biz insanlar olaraq
biri birimizdən asılılığı elan etməliyik
Qarşılıqlı asılılığı
Qarşılıqlı asılılığı elan etmək üçün...
qoy ləpələnsin [letitripple.org - veb-sayt adının hərfi tərcüməsi: qoy ləpələnsin]
qoy ləpələnsin [letitripple.org] --elan et
Let it Ripple: Çevik Dəyişiklik üçün Qlobal Filmlər