Tip:
Highlight text to annotate it
X
Siz inanırsız ki, Gunəş yer kürəsindən daha da böyükdür.
İnanırsız ki, yer kürəsi təqribən kürə şəklində olan bir planetdir
və o, öz oxu ətrafında 24 saat dövr etməklə yanaşı,
Günəş ətrafında da 365 gün ərzində bir dəfə dövr edir.
Siz inanırsız ki, spesifik bir tarixdə anadan olmusunuz
və sizi dünyaya iki valideyn gətirib.
Eyni zamanda valideyinlərinizin hər biri sizdən öncə
müəyyən bir tarixdə anadan olublar.
Siz həm də inanırsınız ki, digər insanların da
sizin kimi düşüncələri və hissiyyatları var.
Və bu insanlar robot deyillər.
Siz bütün bu və ya digər şeylərə
birbaşa müşahidəniz nəticəsində inanmırsınız.
Birbaşa müşahidəniz sizə Günəşin və Yer kürəsinin
təqribi ölçüsü və hərəkəti barədə
o qədər də çox məlumat vermir,
ailə hekayəniz barədə də,
ya da ki, digər insanların fikirlərindən nəyin keçməsi barədə.
Əksinə, bütün bu inanclar
sizə deyilənlər əsasında formalaşıb.
Şifahi və yazılı ifadələrsiz
insanlar əldə etdikləri biliyi
bir adamdan digərinə ötürə bilməzdi.
Nəticədə bir nəsilin digər nəsil barədə məlumatı olmazdı.
Əgər belə olsaydı onda biz
ətrafımızdakı dünya barədə çox-çox az şey bilərdik.
Bunun nəticəsidir ki, nəyisə öyrənmək
üçün hansısa ekspert yaxud
mövzu ilə bağlı biliyi olan
şəxsdən kömək istəyirik,
bu isə həmişə kömək etmir.
Hətta yüksək hörmətə malik olan səlahiyyət sahibləri belə
hardasa yanıla, səhv edə bilərlər.
Bəzən hörmət sahibi səlahiyyətli şəxs
qeyri-səmimi olduğundan, yaxud bilmədiyi bir şeyi
bildiyini iddia etdiyindən
sizə köməyi toxunmaya bilər.
Bəzən bu həmin adamın səhv etməyi ucbatından baş verir.
Onlar bildiklərini zənn etsələr də, əslində bilmirlər.
Misal üçün, tanınmış iqtisadçıların çoxu
2008-ci ildə baş verən maliyyə böhranını gözləmirdilər.
Onların proqnozları səhv çıxdı.
Bəlkə də bəzi mühüm dəlillərə
fikir vermədiklərinə görə səhv saldılar.
Bəlkə də diqqət yetirdikləri dəlilləri düzgün
analiz edə bilmədiklərindən belə oldu.
Ya da mövcud olan bütün dəlilləri
etinadsız şəkildə analiz etdiklərindən
səhvə yol vermişdilər.
Lakin bütün bunlara baxmayaraq
onlar fikirlərində yanıldılar
və onlara inanan insanlar
çoxlu pul itridilər.
Digər insanların pullarını itirmələrinə gətirib çıxardılar,
Bu ancaq həmin insanlara inandıqlarından oldu.
Belə ki, güvəndiyiniz adamlara müraciət etmək
bəzən bizə çox qiymətli bilik qazandıra bilər,
eyni zamanda da bu bizim
çoxlu səhvlər etməyimizlə də nəticələnə bilər.
Hamımız üçün ən mühüm olan budur ki,
tam olaraq güvənə biləcəyimiz halları
güvənə bilməyəcəyimiz hallardan fərqləndirməyi bacaraq.
Bəs buna necə nail olmaq olar?
Bunu etmək üçün,
ən əsası, inandığınız şəxsin
mövzu ilə bağlı tarixçəsinə nəzər salmaqdır.
Əgər kimsə çox vaxt müəyyən mövzuda
işini yaxşı bacarırsa,
bu o deməkdir ki, həmin adam
eyni situasiyada ən azı yaxın bir müddətdə
doğru fikirlər söyləyəcək.
Və bu ümumiləşdirmə
səlahiyyətli adamların ideyalarını düzgün şəkildə ifadə edə bilir.
Əgər kimsə siyasət yaxud beyzbol sahəsində
qalibləri davamlı olaraq seçə bilirsə,
demək bu şəxsin siyasətçi və beyzbolçu
seçimlərinə inanmaq olaq.
Nailiyyətləri çox olmayan digər sahələrdə isə
bu şəxslərə inanmaya da bilərik.
Əgər digər təhlilçilər də
həmin eyni iki mövzu haqda az məlumata sahibdirlərsə
onda biz onlara çox da inanmamalıyıq.
Beləliklə, kiminsə dediklərinə inanmaq haqda
fikirləşərkən özünüzə verməli olduğunuz
ilk sual bu olmalıdır:
"Onlar bu mövzu barədə nə dərəcədə məlumatlıdırlar?"
Bir şeyi də unutmayın ki,
siz eyni sxemi özünüzə də tətbit edə bilərsiniz.
İnstiktiniz sizə deyir ki, indicə sizə tam uyğun oğlanı tapmısınız.
Lakin instinktinizin bu kimi mövzulara dair
təcrübəsi nə qədərdir?
Sizin instinktləriniz inamınızı qazanacaq
qədər düzgündür?
Biz necə ki digər insanların fikirlərini
məlumatlılıq səviyyəsinə görə qiymətləndirirk,
eləcə də öz instinktimizin fəaliyyət tarixinə baxıb
qiymətləndirə bilərik.
Və bunu edərsək onda biz
məqsədimizə və eyni zamanda
dünyaya olan münasibətimizə bir addım daha yaxınlaşmış olarıq!