Tip:
Highlight text to annotate it
X
Təkamül haqqında uydurmalar və yanlış təsəvvürlər.
Gəlin təkamül haqqında danışaq.
Yəqin siz eşitmisiniz ki,
bəzi insanlar onu mübahisəli hesab edirlər,
baxmayaraq ki, alimlərin çoxu belə düşünmürlər.
Amma hətta siz o insanlardan biri deyilsinizsə
və təkamülü kifayət qədər yaxşı başa düşdüyünüzü fikirləşirsinizsə,
çox güman ki, hələ də onun haqqında
bəzi tamamilə doğru olmayan şeylərə inanırsınız,
məsələn,
"Təkamül orqanizmlərin ətraf mühitə uyğunlaşmasıdır."
Bu, əvvəlki,
artıq köhnəlmiş
təkamül nəzəriyyəsi idi.
Darvin öz kitabını nəşr etdirməzdən təxminən 60 il əvvəl
Jan-Batist Lamark güman etmişdi ki,
canlılar müəyyən əlamətləri
həyatları boyunca inkişaf etdirərək
və sonra növbəti nəsillərə ötürərək təkamül edirlər.
Məsələn, o düşünürdü ki,
zürafələr daha hündür budaqlardakı yarpaqlara çatmaq üçün
boyunlarını uzatmaqla həyatlarını keçirdikləri üçün
onların balaları daha uzun boyunlu olacaqlar.
Amma biz indi bilirik ki, genetik irsiyyət bu cür işləmir.
Əslində, fərdi orqanizmlər ümumiyyətlə təkamül etmirlər.
Bunun əvəzində, təsadüfi genetik mutasiyalar
bəzi zürafələrin daha uzun boyunlu olmasına səbəb olur
və həmin zürafələrə onlar qədər uğurlu olmayan digərləri ilə müqayisədə
sağ qala bilmək üçün fürsət verir.
Bu da bizi belə bir prinsipə gətirir:
"ən güclü olanın sağ qalması".
Belə çıxır ki, guya təkamül
ən böyük,
ən güclü
və ya ən sürətli canlılara lütf edir,
amma bu belə deyil.
Əvvəla, təkamül üçün güclülük
onların məhz cari ətraf mühitlərinə nə qədər uyğun olmalarıdır.
Əgər bütün hündür ağaclar qəfildən məhv olsaydı
və yalnız qısa otlar qalsaydı,
onda həmin uzun boyunlu zürafələr
əlverişsiz şəraitə düşərdilər.
İkincisi, təkamül sağ qalmaq ilə deyil,
çoxalma ilə baş verir.
Dünya erkək dəniz şeytanları kimi
elə canlılarla doludur ki,
onlar doğulduqda çox balaca və sağ qalmaq üçün zəif olurlar
və ölməzdən əvvəl cəld olaraq özlərinə tay tapmalıdırlar.
Heç olmazsa deyə bilərik ki,
əgər orqanizm çoxalmadan ölürsə,
onda təkamül üçün lazımsızdır, elədirmi?
Səhvdir!
Yadda saxlayın, təbii seçmə
orqanizm səviyyəsində deyil,
genetik səviyyədə baş verir
və bir orqanizmdə mövcud olan gen
onun qohumlarında da olur.
Beləliklə, bir heyvanı
bacı və qardaşlarının sağ qalmasına və gələcəkdə çoxalmasına kömək üçün
özünü təmənnasız olaraq qurban verməyə məcbur edən gen
daha çox yayıla bilər,
bircə özünü qorumaqda maraqlı olan gen isə yox.
Geninin daha çox nüsxəsinin
növbəti nəsillərə keçməsinə imkan verən hər bir şey
öz məqsədinə
xidmət edir,
təkamülün məqsədinə yox.
Təkamül ilə bağlı nəzərə alınmalı ən çətin şeylərdən
biri budur ki, biz
"Genlər özlərinin daha çox nüsxəsini yaratmaq istəyirlər"
və ya hətta
"təbii seçmə"
deyəndə metaforadan istifadə edirik.
Gen heç bir şey istəmir
və hansı genlərin saxlamaq üçün
ən yaxşı olduğunu seçən hər hansı bir xarici mexanizm yoxdur.
Baş verən yalnız ondan ibarətdir ki, təsadüfi genetik mutasiyalar
onları daşıyan orqanizmləri
müxtəlif cür davranmağa və inkişaf etməyə məcbur edir.
Bunların bəzilərinin nəticəsində mutasiyaya məruz qalmış genin
daha çox nüsxəsi növbəti nəslə ötürülür
və sairə və ilaxır.
İdeal formaya doğru irəliləyən və əvvəlcədən müəyyən edilmiş
hər hansı bir plan da yoxdur.
Optik sinirin tor qişadan çıxdığı yerdə kor ləkənin olması
insan gözü üçün ideal deyil,
amma o, sadə fotoqəbuledici hüceyrədən başlayaraq
məhz belə inkişaf etmişdir.
Keçmişə nəzər yetirsək,
insanlar üçün daha münasib olardı ki,
onların orqanizmi sadəcə kalorilər əvəzinə
qida maddələri və vitaminləri istəsin.
Amma əcdadlarımızın təkamül etdiyi
minilliklər boyunca
kalorilər çox az tapılırdı
və qabaqcadan görmək mümkün deyildi ki,
bu vəziyyət belə tez dəyişəcək.
Beləliklə, təkamül kor-koranə şəkildə,
addım,
daha bir addım
və daha bir addım ataraq
təbiətdə gördüyümüz bütün bu müxtəlifliyi yaradır.