Tip:
Highlight text to annotate it
X
Təbiətin gözəlliyi əsrlər
boyu bizi incəsənətə
çəkmiş və gözəlliyi vəsf etmək
məharəti ilə mükafatlandırmışdır.
Canlı meyvələrlə ağac budağı
mavi okeanın dibindəki mərcanlar
dəyişən fəsillər
bütün bunlar və bir çoxu
neçə minillərdir ki, rəssamlar və
sənət ustaları üçün
ilham mənbəyi olmuşdur.
Ağac budaqlarının sadə
gözəlliyi və dəniz mərcanlarının
şəbəkə quruluşundan ilham alan Umayal Collection
bəzək əşyaları sanki
təbiətin yaratdığı həqiqi parçalardır.
Umayal Collection-a aid bütün parçalar
çox incəliklə gümüşdən düzəldilmiş
və zərif qiymətli daşlarla bəzədilmişdir
Hər parça onlara nadir sənət nümunəsi
keyfiyyətini bəxş edən təcrübəli sənətkarlar tərəfindən
hədsiz dərəcədə diqqətlə hazırlanmış əl işidir
Təbiətə qarşı düşkün olanlar üçün
xüsusi olaraq düşünülmüş
Umayal Collection beş misilsiz
görünüş şəkli ilə ixtiyarınızdadır.
Hər cəvahirat parçası öz təkrarolunmaz
tərzindən aldığı ilhamı incəliklə təsvir edir
Rowan Set üvəz ağacının
güc və müdafiəni təcəssüm etdirən
sirli cazibəsindən ilham almışdır.
Xalis gümüşdən düzəldilmiş
Rowan Set dəstinə asma bəzək
halqa və bir cüt sırğa daxildir
Hər parça gümüş budaq
görünüşü yaradacaq şəkildə
düzəldilməklə oval yaqut və
taraşlanmış süleyman daşı
ilə bəzədilmişdir, asma bəzəyə isə
şirinsu incisi zinət verir.
Dəbdəbə ilə gümüşdən düzəldilmiş
Sylvan Set üzüm dərimini xatırladacaq tərzdə təsvir
edilməklə asma bəzək və sırğalardan ibarətdir
Parçalara xüsusi yaraşıq verən mavi topaz
və xam apatitdən ibarət qiymətli daşlardır və
onların aydın mavi səmanı
əks etdirən parlaq rəngidir
Sylvan Set meşələrin ruhani
qoruyucuları olan mifik
Sylvan-lardan ilham almışdır
Sualtı dünyasının
gözəlliklərinə məftun olanlar üçün
xüsusi olaraq düşünülmüş
Sea-fan Pendant buynuzlu mərcanın
təsvirini yaradır
Yüksək keyfiyyətli
gümüşdən ustalıqla
hörülərək filiqrant şəklinə
salınmış Sea-fan Pendant
hər bir geyimi sadəlik və zövqlə
vurğulamaq üçün
sayrışan işıqlar altında təkrarolunmazlığı tərənnüm edir.
Zərif buynuzlu mərcan və
dumanlı kvarsın sirli görünüşünün
mükəmməl birləşməsi
olan yaraşıqlı
Misty Pendant ilə gözəlliyə qərq olun.
Asma bəzəyin əsas
dəbdəbəsi armud şəklində
taraşlanmış dumanlı kvars daşıdır
onun yumşaq rəng çalarları meşəni
bürüyən səhər dumanını xatırladır
Misilsiz Sea-star Earrings
ilə kütlədən seçilin
Yüksək keyfiyyətli gümüş sərtləşdirilərək
buynuzlu mərcan şəklinə salınmışdır
axıcı cizgilər isə incə usta
işinə dəyər qatmışdır
Ortadakı parça mədəni mirvaridən ibarətdir
onun gözəlliyi incinin dəniz ulduzu
adını doğrüldür.
Umayal Collection zərif
zinət əşyaları yaratmaq üçün
qiymətli daşlardan istifadə edir
Gözəllikləri ilə yanaşı
bu daşların şəfaverici xassələri
ilə ruh və bədəndə
müsbət dəyişikliklər etməsi hesab edilir
Mənim kolleksiyam cəvahirat
kimi gözəl əşyalara düşkünlüyümdən
ilham alır.
Mənim təbiətə
və insanlara yardım etmək düşkünlüyümdən.
Bu kolleksiyalar bütün bunları birləşdirir.
Bu parçalar son dərəcədə cazibədar və bir o qədər də müasirdir.
Bugünkü qadının tərzinə uyğun axtardığı bir şeydir.
Mən öz kolleksiyamı sevinclə taxacaq və
fəxrlə nümayiş etdirəcəm.
Mən həm də inanıram ki,
cəvahirat insanı şəklə salmır
insan cəvahiratı şəklə salır.
Mənim sizlərə demək istədiyim
ondan ibarətdir ki,
Umayal Collections-a aid bir
parça alarkən, haralı və kim olmağınızdan
asılı olmayaraq
Siz gözəl görünəcəksiniz.
çünki hər bir parçanın
sadəliyi və zərifliyi buna xidmət edir.
Bu kolleksiyanın ən yüksək amalı ondan
ibarətdir ki, hər parça
öz davamını RYTHM Fondunda və məmnunluğunuzda
tapacaqdır
və sizin bunları almağınız
və ya başqasının sizdən almağı
ehtiyacı olan bir başqasının həyatında dəyişiklik etməyə
səbəb olacaqdır.
Ümid edirəm ki, bu kolleksiyadan mənim qədər zövq alacaqsınız.
Və hamınız birlikdə
Umayal Collections-a dəstək verəcəksiniz.
Çox sağ olun
Umayal Collection
Təbiəti mədh edi�