Tip:
Highlight text to annotate it
X
Qədim yunanların əla ideyası var idi:
Kainat sadədir.
Onların fikrincə,
onu düzəltmək üçün cəmi dörd ünsürə ehtiyac var:
torpaq,
hava,
od
və su.
Bir nəzəriyyə kimi bu çox gözəldir.
Sadə və qəşəngdir.
Bu nəzəriyyə deyir ki,
dörd əsas ünsürü müxtəlif yollarla birləşdirməklə
kainatın bütün müxtəlifliyini əldə edə bilərsən.
Torpaq və od, məsələn,
quru şeyləri verir.
Hava və su isə yaş şeyləri.
Amma nəzəriyyə kimi onun bir problemi var idi.
O, ölçülə biləcək heç bir proqnoz vermirdi,
təcrübi elmin əsası isə ölçmədir.
Daha da pisi, bu nəzəriyyə səhv idi.
Amma yunanlar böyük düşüncə sahibi idilər
və eramızdan əvvəl 5-ci əsrdə
Miletli Levkipp
ən dayanıqlı elmi ideyalardan birini irəli sürdü.
Gördüyümüz hər bir şey
atom adlanan çox kiçik, bölünməz hissəciklərdən ibarətdir.
Bu nəzəriyyə çox sadə və qəşəngdir
və onun
torpaq, hava, od və su nəzəriyyəsindən üstünlüyü
doğru olmağındadır.
Əsrlərlə davam edən elmi fikirlər və təcrübələrdən
çıxır ki, real ünsürləri,
məsələn, hidrogeni,
karbonu
və dəmiri
atomlara parçalamaq olar.
Levkippin nəzəriyyəsində atom ən balaca,
bölünməz maddə hissəciyidir və hələ də
hidrogen
karbon
və ya dəmir olaraq qalır.
Levkippin ideyasındakı yeganə səhv
atomların əslində bölünə bilməsindədir.
Bundan əlavə, məlum olur ki, onun atom ideyası
kainatın nədən ibarət olmasının
yalnız kiçik bir hissəsini izah edir.
Kainatın adi maddəsi kimi görünən bir şey
əslində çox seyrəkdir.
Levkippin atomları və onlardan ibarət olanlar
əslində orada olduğunu bildiyimizin
yalnız təxminən 5%-ni təşkil edir.
Fiziklər bilirlər ki, kainatın yerdə qalanı,
onun 95%-i
tünd kainatdır və
tünd materiyadan və tünd enerjidən ibarətdir.
Bunu necə bilirik?
Bunu bilirik, çünki biz əşyalara baxırıq
və onları görürük.
Çox sadələşdirilmiş kimi görünə bilər,
amma əslində kifayət qədər dərin fikirdir.
Atomlardan ibarət olan hər bir maddə görünür.
İşıq ondan əks olunur və biz onu görürük.
Kosmosa baxanda
ulduzları və qalaktikaları görürük.
Onlardan bəziləri, məsələn elə bizim yaşadığımız qalaktika
gözəldir, spiral formasındadır və kosmosda zərif şəkildə fırlanır.
Alimlər ilk dəfə 1930-cu illərdə
qalaktika qruplarının hərəkətini ölçəndə
və oradakı materiyanın çəkisini hesablayanda
təəccüb içərisində idilər.
Elm adamları tapdılar ki, bu qruplarda kifayət qədər görünən maddə yoxdur ki,
onları birlikdə saxlasın.
Ayrı-ayrı qalaktikaların sonrakı ölçmələri
bu başsındıran nəticəni təsdiq etdi.
Qalaktikalarda sadəcə olaraq kifayət qədər görünən maddə yoxdur ki,
onları birlikdə saxlamaq üçün lazım olan cazibəni təmin etsin.
Görə bildiyimizə əsasən
onlar hissələrə ayrılmalı idilər, amma bu baş vermir.
Ona görə də, orada elə maddə var ki,
biz onu görə bilmirik.
Həmin maddəni tünd materiya adlandırırıq.
Bu gün tünd materiya üçün ən yaxşı sübut
Böyük partlayışın nəticəsi olan
və kosmik mikrodalğalı fon adlanan
bir şeyin ölçülməsindən əldə olunur,
amma bu, başqa söhbətin mövzusudur.
Əldə etdiyimiz bütün sübutlar
göstərir ki, tünd materiya oradadır
və səmanı dolduran
o gözəl spiral qalaktikaların
əsas maddəsini təşkil edir.
Beləliklə hansı nəticəyə gəlirik?
Biz çoxdan bilirdik ki, səma
bizim ətrafımızda fırlanmır
və biz çox adi bir qalaktikanın spiral qolunda yerləşən
çox adi bir ulduzun ətrafında dövr edən
çox adi bir planetin sakinləriyik.
Tünd materiyanın kəşfi bizi
bu şeylərin mərkəzindən bir addım uzağa apardı.
O bizə dedi ki, bizim ibarət olduğumuz maddə
kainatı təşkil edənin çox kiçik bir hissəsidir.
Amma qabaqda hələ çox şey var idi.
Bu əsrin əvvəlində
kainatın ən uzaq yerlərini öyrənən alimlər
təsdiq etdilər ki, nəinki
isti, sıx böyük partlayışdan
başlayan kainatdan gözlədiyimiz kimi,
hər şey digər hər şeydən uzaqlaşır,
həm də belə görünür ki,
kainatın genişlənməsi getdikcə sürətlənir.
Bu nə deməkdir?
Ya elə bir enerji forması var ki,
bu təcili yaradır,
məsələn, maşını sürətləndirmək üçün verdiyimiz enerji kimi,
ya da cazibə bizim fikirləşdiyimiz şəkildə baş vermir.
Alimlərin çoxunun fikrincə birinci haldır,
yəni elə bir enerji növü var ki, bu təcili yaradır
və onu tünd enerji adlandırırlar.
Bu günün ən yaxşı ölçmələri bizə imkan verir ki,
kainatın nə qədərinin tünd olduğunu hesablaya bilək.
Belə görünür ki, tünd enerji
kainatın təxminən 68%-ini,
tünd materiya isə təxminən 27%-ini təşkil edir,
bizə və görə bildiyimiz hər şeyə
isə cəmi 5% qalır.
Beləliklə, tünd maddə nədən ibarətdir?
Biz bunu bilmirik,
amma supersimmetriya adlanan bir nəzəriyyə var ki,
bunu qismən izah edə bilər.
Supersimmetriya və ya qısaca olaraq, SUSİ
bir sıra yeni zərrəciklərin olduğunu proqnozlaşdırır ki,
bunların da bəziləri tünd materiyanı təşkil edə bilər.
Əgər supersimmetriyanı sübut edə bilsək,
onda kainatın cəmi 5%-i,
yəni görə bildiyimiz hissə əvəzinə
təxminən üçdə birini başa düşə bilərik.
Bir günlük iş üçün heç də pis deyil.
Tünd enerjini başa düşmək isə yəqin daha çətin olacaq,
amma bu sahədə də bizə yol göstərə biləcək
bəzi nəzəri fikirlər var.
Onların arasında
bir neçə dəqiqə əvvəl başlayanda dediyimiz,
kainatın sadə olması haqqında
qədim yunanların ilk böyük fikrinə əsaslanan nəzəriyyələr var.
Bu nəzəriyyələrə əsasən cəmi bir ünsür var ki,
kainatın bütün valehedici müxtəlifliyi bu ünsürdən yaranır
və bu ünsür rəqs edən simdir.
İdeya belədir ki, bu gün bildiyimiz bütün zərrəciklər
sadəcə olaraq simin müxtəlif rəqsləridir.
Təəssüf ki, hazırkı sim nəzəriyyələri
hələlik yoxlanılan deyillər.
Amma kainatın bu qədər çox hissəsinin tədqiq olunmağı gözlədiyi bir vaxtda
hər şey ola bilər.
Bütün bunlar sizi məcbur edirmi ki, özünüzü balaca hiss edəsiniz?
Etməməlidir.
Bunun əvəzində heyrətlənməlisiniz ki,
bildiyimizə görə, siz
kainatın möcüzələrini dərk etməyə hətta başlaya biləcək
yeganə canlı növünün bir üzvüsünüz
və siz elə bir doğru zamanda yaşayırsınız ki,
bizim dərketməmizin partlayışını görə bilərsiniz.