Tip:
Highlight text to annotate it
X
Əvvəl nə yazdığım haqda bir az danışmaq istərdim.
Özüm məşğul olduğum işlər haqda yazıram.
İşin içində olub, bir növ təcrübə dovşanı olmağı sevirəm.
Həyatımı da təcrübələr toplusu olaraq görürəm.
Esquire jurnalı üçün çalışıram və bir neçə il əvvəl jurnalda
"Başqasına Yaşatdığım Həyatım" adlı məqalə yazdım,
məqalə üçün həqiqətən də mənim həyatımı yaşamaları üçün
Bangalore(Hindistan)dan işçilər tapdım.
Onlar mənim e-maillərimə,
zənglərimə cavab verdilər.
Əvəzimə həyat yoldaşımla mübahisə edib, uşaqlarım üçün nağıl danışdılar.
Ömrünün ən yaxşı ayı idi,
bir ay müddətində ancaq kitab oxuyub, film seyr etdim.
Gözəl təcrübə idi.
Bu yaxınlarda isə Esquire üçün radikal düzgünlük
haqda məqalə yazmışam.
Bu Virciniada bir psixoloqun başlatdığı
hərəkatdır, o poker və qolf oyununu
çıxmaq şərti ilə heç vaxt yalan
danışmamağımızı məsləhət görür.
Bundan əlavə, hər fikirləşdiyinizi də
dilinizlə ifadə etməlisiniz.
Bunu da bir ay etməyə çalışdım.
Həyatımın ən pis ayı idi.
(Gülüş)
Heç kəsə məsləhət görmürəm.
Necə bir təcrübə olduğunu azca izah etmək üçün
əlavə edim ki, məqalənin adı "Məncə sən köksən." idi.
(Gülüş)
Çətin iş idi.
Axırdan ikinci kitabımın adı " Hərşeyi Bilən" idi,
bu kibat üçün də bir il Britanıya Ensklopediyasını A-dan Z-yə
oxuyaraq hər şeyi öyrənməyə çalışdım,
daha dəqiqi Şərqi-Asiya musiqisi olan Aak-dan,
nə olduğunu deyərək sonu korlamaq istəmədiyim Zwyiec-ə kimi hər şeyi.
(Gülüş)
Sonu O.Henrinin əsərləri kimi qarışıqdır, əvvəlcədən deyib korlamayım.
Bu işi də sevdim,
çünki insan beyninin nə qədər informasiyanı saxlaya
bildiyi haqda təcrübə idi.
Kevin Kelly-ni eşidəndən sonra,əzbərləməyin lazım olmadığını bilsəm də.
Google-da axtarmaqla.
Həmin bir ilim bir az boş keçdi.
Sevirəm belə təcrübələrimi,
ancaq bu təcrübələrimdən
an önəmli və həyat dəyişəni
"Bibliyaya Uyğun Yaşadığım Bir İl"
oldu, əsl mənada Bibliyadakı
bütün qaydalara əməl etdim.
Bunu iki səbəbdən edirdim.
Birincisi dinsiz ailədə doğulmuşdum.
Kitabda dediyim kimi, Olive Garden(Amerikada restoran adı)
nə qədər italyandırsa mən də o qədər yəhudiyəm.
(Gülüş)
Yəni deyiləm.
Ancaq dinlə çox maraqlanıram.
İndiki dövrün ən vacib məsələlərindən
biri olduğunu düşünürəm.
Bir də oğlum var. Ona nə öyrədəcəyimə də qərar verməliyəm.
Bunun üçün də özüm Bibliyaya uyğun yaşamağa başladım.
Bunu etməyimin ikinci səbəbi isə
dini fundamentalların artmasından duyduğum
narahatlıq idi, bəzi səsvermələrə görə
özlərinin Bibliyaya uyğun həyat yaşadığını deyən insanlar
Amerikanın 45~50%-ni təşkil edir.
Həqiqətən Bibliyaya uyğun yaşamağı da sınamaq istədim.
Bibliyadan özüm seçdiyim qaydalara deyil,
Bibliyadakı bütün qaydalara riayət
etməyə qərar verdim.
İlk iş bütün Bibliyaları toplamaq oldu.
Xristian Bibliyaları.
Yəhudi Bibliyaları.
Dostlarımın birinin göndərdiyi hip-hop Bibliyasında
23-cü məzmurda(?)kı "Allah mənim çobanımdır." ifadəsi,
"Allah hamısıdır." kimi ifadə edilib.
Kitabların bir neçəsini oxuyub,
tapdığım bütün qaydaların siyahısını tutdum.
Siyahıda 700-dən çox qayda var idi.
Siyahıda hamının bildiyi məşhur qaydalar var idi-
10 Hökm, qonşunu sev, səmərəli iş gör və çoxal kimi qaydalar.
Bu qaydalara əməl etməyə çalışdım.
İşimə ciddi yanaşdığımı əvvəl də demişdim,
həmin il əkiz uşaqlarımız doğulduğu
üçün daha da ciddiləşmişdim.
Ciddiliklə bərabər Bibliyadakı sirli
və qeyri-dəqiq yüzlərlə qayda da bura daxil idi.
Levitikus-dakı qaydalardan biri
"Saqqalının künclərini kəsmək olmaz."idi.
Saqqal küncünün hara olduğunu bilmədiyimdən
saqqalımı qırxdırmadım,
bir ilin sonunda belə bir şəkil aldım.
Hava limanı təhlükəsizlik keçidində xeyli vaxt keçirirdim.
(Gülüş)
Son iki ayı həyat yoldaşım məni öpmürdü.
Təbii ki, çətin bir iş idi.
Bibliyada qarışıq parçadan olan geyim geymək olmaz yazılıb,
"Qəribədir, ancaq çalışaram." fikirləşdim.
Nəyisə etsən başa düşürsən.
Bütün sintetik-pambıq köynəklərimi atdım.
Bibliyada deyilir ki, iki nəfər dava edirsə və dava edənlərdən
hansınınsa arvadı digərinin şaxsin tərəfini tutarsa, qadının
əlləri kəsilməlidir.
Bu qaydaya əməl etmək istəyirdim.
(Gülüş)
Daha doğrusu, həyat yoldaşı
ətrafımda olub mənə yaxınlaşan kişi ilə mübahisə
etməməyə çalışaraq əməl edirdim.
(Gülüş)
Davam edirəm, bu da başqa şəkildir.
Əla bir il idi deyə bilərəm,
çünki həyat dəyişəcək, həm də çətin bir il idi.
İki cür qayda var idi ki, onlar daha çətin idilər.
Birincisi, hər gün etdiyimiz kiçik günahlardan çəkinmək idi.
Öldürmədən bir il yaşaya bilərəm,
ancaq qeybət etmədən, yalan danışmadan, nəyisə arzulamadam
yaşamaq çox çətin idi, bunlar Nyu Yorka yaşayan jurnalist
həyatının 75~80%-ni təşkil edir.
Həqiqətən maraqlı olan isə, bu bir ildə irəliləyiş əldə etməyim idi,
hərəkətlərimin düşüncə tərzimi
bu dərəcədə dəyişəcəyinə inanmırdım.
Aldığım ən vacib dərs budur ki, daha yaxşı insan kimi
hərəkət etməklə həqiqətən də
daha yaxşı insan oldum.
Həmişə "Birinci fikrini dəyişirsən, sonra hərəkətlərini,"
fikirləşirdim, ancaq əksinədir.
Davranışını dəyişirsən, o da fikrini dəyişir.
Məsələn, daha şəfqətli olmaq istəyirsən,
xəstəxanada xəstələrə baş çəkirsən,
və daha şəfqətli olursan.
Hamsısa xeyriyyə işinə pul xərcliyirsən,
həmin işdə maraqlı olursan.
İdrak psixologiyası-- mənim yaşadığım da
idraki ahəngsizlik(?) idi.
Əslində Bibliyada da səthi şəkildə
idrak psixologiyasından danışılır.
Deyimə görə, gülürsənsə daha xoşbəxt olursan,
bu doğrudur əslində.
Digər qaydalar isə, 21-ci əsr Amerikasında
əməl etmək çox
çətin olan qaydalar idi.
Bu qaydalara ən adi misal, zinakarın daşlanmasıdır.
(Gülüş)
Ancaq Biblyada mühüm olduğuna görə
mütləq əməl etmək istəyirdim.
Həm də zinakar tapıb daşladım.
Bir dəfə parkda idim, Bibliyaya uyğun geyimim,
sandallarım da ayağımda,
xarici görünüşün fikri dəyişdiyi başqa bir misal idi.
Bibliyaya uyğun geyinməyin fikrimi necə dəyişəcəyi maraqlı idi.
Adamın biri mənə yaxınlaşıb soruşdu ki,
"Niyə belə geyinibsən?"
İşim haqda danışdım və
o yenə soruşdu, " Demək mən zinakaramsa məni daşlayacaqsan?"
"Sevə-sevə edərdim!" dedim.
(Gülüş)
Həqiqətən də cibimdən xeyli daş çıxardım,
neçə gün idi ki, qarşıma kiminsə çıxacağına
ümid edərək cibimdə gəzdiridim çay daşları idi,
ancaq həmin şəxs daşları aldı əlimdən.
Əslində 70 yaşlı qoca kişi olsa da,
əsəbi həm də əsası zinakar idi.
Əlimdən alıb mənə atmağa başladı,
mən də intiqam almaq, həm də qaydaya
əməl etmək üçün birini ona atdım.
Daşlama qaydasına da əməl etməklə, bu qaydaların
bəzən barbarlıq da olduğunu irəli sürə bilərəm.
Necə bibliyanın bəzi qaydaları çox barbar bəziləri
çox müdrik ola bilər?
Bibliyaya necə yanaşmalıyıq?
Bibliyadakı bütün qaydalara olduğu kimi
əməl etməliyik konstitusiya kimi?
Bibliyanın necə yarandığına baxsaq necə?
Əyləşənlərin texnologiyadan başı çıxdığından
kitabımda da yazdığım kimi Bibliyanın mənə vikipediyanı
xatırlatdığını da deyim, Vikipediya kimi əsrlər boyunca
yığılıb, və dəyişilib.
Və çoxalıb.
Səmadan enən kitab deyil.
Bu bir ildə öyrəndiyim böyük dərslərdən,
bir neçəsi haqda da
danışmaq istərdim.
Birincisi, Bibliyaya hərfi mənada əməl etməyin.
Bu dərsli ilk günlərdən dərk etmişdim.
Əməl etməyə çalışsanız ağılsız adam kimi hərəkət etməyə başlayır,
zinakarları daşlayırsınız, yaxud...
Başqa bir misal- qoyun otarmaqla məşğul olursunuz.
(Gülüş)
Sakitləşdirici məşğuliyyətdir. Məsləhətlidir.
Digər misal- Bibliyaya görə ayın müəyyən vaxtlarında qadınlara
toxunmaq olmaz, hətta menustrasiya dövründə qadının
oturduğu yerdə oturmaq da olmaz.
Bu həyat yoldaşımın xətrinə dəydiyindən,
acığa evdəki bütün yerlərdə oturmuşdu,
nəticədə özümə stul alıb özümlə gəzdirənə
qədər uzun müddət evdə ayaq üstə qalmalı oldum.
Bir dəfə yaradılışçılarla da görüşdüm.
Yaradılışla bağlı muzeyə getmişdim.
Bu insanlar isə hər şeyi hərfi mənada qəbul edirlər.
Heyran olmuşdum bir az, çünki heç biri axmaq deyildi.
Məncə normal təkamülə inananla eyni İQ-yə malikdirlər.
Yalnız bibliyanın hərfi anlamına o qədər
dərindən inanırlar ki, bütün bildiklərini
Bibliyadakı modelə uyğun qurublar.
Əqli cəhətdən bu modelə uyğun bir beyin formalaşdırıblar özlərində.(?)
Əlavə edim ki, muzey çox gözəl idi.
Əla düzəldilmişdi.
Kentucky-də yerləşir muzey,
qısa filmdə daşqın səhnəsi çox inandırıcı ediblər,
hətta daşqın zamanı tavandan
üstününzə su səpilir.
Yaradıcılar(?) haqda nə fikirləşsəniz də- ki məncə dəlilikdir--
yenə də əla düzəltmişdilər.
(Gülüş)
İkinci dərs- təşəkkür etməyi öyrənəcəksiniz.
Bu daha vacib dərs idi, çünki aqnostik olsam da
dua edir, təşəkkür edirdim.
Hər gün hər yerdə, sağ ol deyirdim,
bu da düşüncə tərzimi dəyişməmə səbəb oldu.
Başa düşdüm ki, hər gün yüzlərlə kiçik şeylər
baş versə də onları təbii qəbul edib,
yolunda olmayan bir-iki işə
fikir verirdim.
Bunu dərk etməklə xoşbəxt olmağı bacarıram,
məsələn gələrkən yolda büdrəmədiyimə,
pilləkənlərdən yıxılmadığıma görə sevinirəm.
Gözəl hissdir.
Hörmət etməyi öyrənəcəksiniz.
Bu mənim üçün də gözlənilməz idi, ilin əvvəlində
aqnostik idim, ilin sonunda isə, bir dostumun
dediyi kimi (sevdiyim bir ifadədir) hörmətcil aqnostik oldum.
Belə bir dalğa yaratmaq istəyirəm.
İstəyən qoşula bilər,
əsas Allahın olub olmaması deyil,
müqəddəslik anlayışının lazımlı həm də gözəl(?) olmasıdır,
rituallar da bunun bir nümunəsidir.
Sabbath(istirahət günü) məsələn.
Sabbath qaydasına riayyət etmək bir il ərzində ən sevdiyim şet idi,
işimə düşgün olduğum üçün həftədə bir günlük istirahət
həqiqətən də həyatımı dəyişdi.
Mənim də əsas motivim, Allahım mövcudluğu deyil, müqəddəslik hissidir.
Stereotiplərdən də azad olursunuz.
Bu Amerikadakı bütün dini icmalardan
olan insalarla görüşüb danışdıqdan sonra baş verdi,
bu təcrübəmin təkcə mənim deyil, bütün Amerikanın
təcrübəsi olsun istəyirdim.
Amerikada din haqda olsun istəyirdim.
Protestantlarla, Hasid Yahudilər, Amişlərlə görüşdüm,
və qürurla deyə bilərəm ki,
məncə Yahovanın şahidinə Bibliya
mübahisəsində qalib gələn ilk amerikan oldum.
(Gülüş)
Üç saat yarım mübahisıdən sonra saatına baxıb,
"Mən getməliyəm indi." dedi.
(Gülüş)
Çox sağ olun,
Çox sağ olun. Allahın amanında.
Maraqlı tərəfi budur ki,
əvvəllər protestantlıq haqda çox da bilmirdim, ancaq sonradan
öyrəndim ki, bütün protestanları
eyni görmək və bir qrupa daxil etmək
mümkün deyil.
Qırmızı Hərf Xristianlar adlı bir qrup var ki,
Bibliyadakı qırmızı ilə yazılanlar, İsa(məsih)nın
sözlərinə fikirlərinı yönəldirlər.
Köhnə Bibliyalar elə yazılır.
Onlar inanırlar ki, İsa(məsih) heç vaxt homoseksuallar haqda danışmayıb.
"İsa(məsih) homoseksuallar haqda" adlı
həvcləri var, açıb içinə baxsanız
heç nə yazılmayıb.
İsa(məsih) tərk edilmiş, kasıb insanlara kömək etmək haqda
çox danışıb deyirlər.
Qrupun belə baxışı xoşuma gəlmişdi
Jim Wallis və Tony Campolo-un fikirləri də xoşuma gəlirdi.
Dediklərinin çoxu ilə razı olmasam da,
çox ruhlandırıcı liderlərdir.
Məntiqi olmayana da hörmət etməyi də öyrəndim.
Bu da gözlənilməz idi, çünki elmi dünya görüşünə
malik ailədə böyümüşəm, ancaq həyatımda
bu qədər çox məntiqə uyğun olmayan hadisələrin
olduğunu bilmirdim.
Və məncə, qeyri-rasionallıqlar zərərli
deyilsə onları rədd etmək lazım deyil.
Pambığı kətandan ayırmaq kimi bütün bu dini ritualları
edərkən öz-özümə fikirləşir və digər
dindarlardan soruşurdum ki, " Bibliya niyə belə işləri buyurur? Allahın
nə işinə qalıb ki?" onların cavabı belə olurdu,
"Bilmirik tam da, sadəcə inamımızı
göstərmək üçün edirik.(?)"
Mən deyirdim ki, "Axı bu dəlilikdir."
Onlar da cavabında, " Özünə fikir veribsən?
Ad günü tortunun üstündəki şamə üfürmək
dəlilik deyil? Marsan biri gəlib səni şam üfürən
digərini bir materialdan hazıranmış
paltar geyinən görsə kimi daha dəli hesab edər?
Marsan gələn 'Şam üfürən daha çox dəliyə oxşayır '
deyərdi yəqin ki."
Mənim fikrimcə də bütün rituallar qeyri-rasionaldır.
Əsas zərərli olmayan ritualı seçməkdir,
bir də ritualları
rədd etməmək.
Son olaraq seçməyi öyrəndim.
Bu dərsi Bibliyadakı bütün qaydalara
əməl etməyə çalışarkən öyrəndim.
Daha doğrusu əməl edə bilmədim.
Çünki bu qeyri-mümkündür.
Qaydaları özünüz seçirsiniz. Bibliyaya uyğun yaşayanların
hamısı belə edir.
Əsas düzgün qaydaları seçməkdir.
Yeməkxana dini deyilən bir ifadə var,
fundamentalistər bu ifadəni başqalarını özlərindən saymamaq
üçün işlədir, "Onların inandığı yeməkxana dinidir.
İstədiklərini seçirlər." deyirlər.
Mən fikrimcə isə, " Nə olub ki yeməkxanaya?
Yeməkxanada əla yeməklər yemişəm.
Dəhşət pis yeməklərə rast gəldiyim də olub.
Bibliyanın da tolerantlıq, qonşusunu sevmək kimi
hissələri də, homoseksuallığın
günah olduğu, qeyri-tolerantlıq,
zorakılığın aşılandığı hissələri
də var.
Yəni bu kitabda məna axtarırsınızsa
bunu özünüz tapmalısınız.
Son olaraq bir neçə misal da göstərim.
Burada Bibliya oxuyuram.
Taksini belə çağırırdım.
(Gülüş)
Ciddi sözümdür, işə yarayırdı.
Bu şəkildəki qoyunu kirayəyə götürmüşdüm.
Sabahı qaytarsam da bir günlük işimə yaramışdı.
Hər nə isə. Diqqətinizə görə çox sağ olun.