Tip:
Highlight text to annotate it
X
Azərbaycandan bir sual var.
Vermiş olduğunuz dərslərin çoxunu internetdən dinlədikdən sonra mən də buralarda Allah yolunda xidmət etmək istəyirəm.
Haradan necə başlayacağam haqqında mənə nələr tövsiyə edərdiniz?
Bu məsələ iki sözlə danışılacaq bir şey deyil.
Xidmət etmək istəyən insanın gəlib, xidmət edənlərdən,
bir çox təcrübələrdən istifadə etməsi lazımdır.
Bu sualı soruşan qardaşımız əgər hal hazırda bizi izləyirsə,
etməsi lazım olan şey; gələcək bu məsələni ağıllı başlı bizimlə görüşəcək.
Mən burada iki üç sözlə bəlkə anlada bilərəm, amma bu işlər bu qədər asan deyil.
Xidmət bir elmdir. Bu bir elmdir. İslami elmlər necə ki, bir elmdir, xidmət də ayrı bir elmdir.
Necə böyüdülər? Necə edilər? Haradan başlanır? Necə olur? Bu ayrı bir elmdir.
Amma hər şeyin başı əvvəla möhkəm bir imandır, səbrdir, iradədir, inanmaqdır.
Bu varsa, belə bir iman, belə bir səbir, belə bir polad kimi iradə və cəsarət varsa
bir yerlərə gəlinə bilər inşAllah. Bunlar yoxdursa, sadəcə nə edəcəyəm, necə edəcəyəm,
haradan başlayacağımı bilməklə heç bir şey edilə bilməz. Çünki yalnız bunlar kifayət etmir.
Dediyim şeylər də lazımdır. Cəsarəti də, iradəsi də, həqiqi imanı da lazımdır. Ayrıca da elm lazımdır.
Yəni nə necə ediləcək? Hansı elmlər, sonra hansı elmlər, sonra hansı elmlər ...
Yəni bu mövzunu bura gəlib bizimle görüşməsi lazımdır.
Subtitles by the Amara.org community