Tip:
Highlight text to annotate it
X
"Bu ölkədə hər kəs bir kompyuteri proqramlaşdıra bilməyi öyrənməlidir... çünki, bu, düşünə bilməyi öyrədir." -Stiv Cobs
>> BİLL: "Microsoft"u qurub Kompyuterə ilk dəfə toxuna biləndə 13 yaşında idim.
>> CƏK: "Twitter"i qurub Valideynlərim 1984-də səkkiz yaşında ikən mənə bir "Makintoş" aldı.
Mən altıncı sinifdə idim.
Proqramlaşdırmanı kollecdə öyrəndim.
>> RAÇİ: "Facebook"da ilk qadın mühəndis, indi "Dropbox"da vitse-prezidentdir Birinci kurs, birinci semestr, İnformatikaya giriş dərsi.
Mən "tik-tak-to" oynayan bir proqram yazdım.
>> DRYU: "Dropbox"u qurub Məncə, ilk addımlarım xeyli cılız idi. Düşünürəm, yazdığım ilk proqram
"sevimli rəngin hansıdır?" və ya "neçə yaşın var?" kimi şeylər soruşurdu.
>> ELENA: "Clothia.com"u qurub İlk öyrəndiyim ekrana yaşıl dairə və qırmızı düzbucaqlı çıxartmaq olub.
>> QEYB: "Valve"ni qurub İlk dəfə "Salam, dünya" deyən bir şey düzəltməyim
və bunu kompyuterə etdirməyim...
Bu, sadəcə heyranedici idi.
>> MARK: "Facebook"u qurub Proqramlaşdırmağı öyrənmək heç də
Kompyuter Elmlərini öyrənmək istəyi və ya
bu fənnin sirlərinə yiyələnmək cəhdi və ya
buna bənzər bir şey kimi başlamadı.
Bu, ona görə başladı ki, mən sadə bir şeyi etmək istədim.
sadə bir şeyi etmək istədim.
Mən özüm və bacılarım üçün əyləncəli bir şey etmək istədim.
Balaca bir proqram yazdım,
sonra sadəcə ona kiçik şeylər əlavə etdim.
Mənə yeni nəsə öyrənmək lazım gələndə
onu ya bir kitabdan, ya da İnternetdən axtarıb tapdım
və sonra ona bir az da əlavə etdim.
Doğrusu, bu, bir musiqi alətində ifa etməkdən və ya
idman oyunlarından çox fərqlənmir.
Başlanğıcda bu, çox qorxulu gəlir,
lakin vaxt keçdikcə baş çıxartmağa başlayırsan.
>> KRİS: NBA ulduzu, məktəbdə proqramlaşdırıb Proqramlaşdırma öyrənilə bilən bir şeydir və...
bilirəm ki, bu, qorxulu görünə bilər...
bir çox şeylər əvvəl qorxulu gəlir, amma...
bilirsiniz, elə olmayan nə var ki?
>> MAKİNDE: "Facebook"un ilk mühəndislərindən biri Əslində, yazılan proqramlar çox vaxt xeyli sadədir.
Bu, ənənəvi olaraq insanların fikirləşdiyi kimi
mürəkkəb alqoritmlər tapmaq deyil,
daha çox məsələləri xırdalamaq prosesinə oxşayır.
>> VANESSA: "Girl Develop IT"ni qurub Proqramlaşdırmanı bacarmaq üçün dahi olmaq lazım deyil. Qətiyyətli olmaq lazımdır.
Toplamalar, çıxmalar... elə o qədər.
>> TONİ: "Zappos"da baş direktor Yəqin vurma cədvəlini bilməlisiniz.
>> BRONVEN: "Valve"da texniki rəssam Proqramlaşdırmaq üçün dahi olmaq lazım deyil. Məgər oxumaq üçün dahi olmaq lazımdır?
Hətta əgər yarış maşınları sürmək və ya beysbol oynamaq istəyirsinizsə,
və ya... məsələn,
ev tikmək istəyirsinizsə... proqram təminatı bütün bunları başdan-ayağa dəyişib.
Belədir ki, bilirsiniz, kompyuterlər hər yerdədir.
Kənd təsərrüfatında işləmək istəyirsiniz?
Əyləncə sahəsində işləmək istəyirsiniz? İstehsalatda işləmək istəyirsiniz?
Bu, tamamilə hər yerdədir.
Gəlib çıxmışıq, 2013
>> UİL.AY.ƏM: "The Black Eyed Peas"i qurub, indi proqramlaşdırma dərslərinə gedir Hamımızın texnologiyalara ehityacımız var, ünsiyyətdə olmaq üçün, bank işləri üçün...
...informasiya üçün...
heç birimiz də proqram yazmağı və oxumağı bacarmırıq.
Məktəbdə olanda "Sehrbaz Uşaqlar" adlı bir dərnəyin üzvü idim
və bunu biləndə mənə gülürdülər, özünüz bilirsiniz də, mən də deyirdim
"Heç vecimə deyil! Məncə, bu, ləzzətlidir, çoxlu şeylər öyrənirəm və
bəzi dostlarımın işi var!"
Siyasətimiz sözün əsl mənasında nə qədər tapsaq o qədər istedadlı mühəndisləri işə götürməkdir.
Bu sistemdə bütün məhdudiyyət sadəcə bu gün təlim keçmiş və
bu bacarıqlara malik kifayət qədər insanın olmamasıdır.
Məhz ən yaxşıları əldə etmək üçün biz iş yerini
mümkün olduqca möhtəşəm etməyə çalışırıq.
Müsibət baş aşpazımız var.
pulsuz yemək
səhər yeməyi, nahar və şam.
pulsuz cəmaşirxana
yüngül qəlyanaltılar
hətta video-oyunlar oynamaq və
motoroller sürmək üçün yerlər
Ofisin daxilində elə maraqlı yerlər olur ki,
insanlar orada oynaya və ya dincələ və yaxud gedib düşünə,
ya da musiqi çala və yaradıcılıqla məşğul ola bilir.
>> HADİ: "Code.Org"u qurub Çoxlu pul qazanmaq, ya sadəcə dünyanı dəyişmək istəyirsinizsə,
kompyuter proqramlaşdırması öyrənə biləcəyiniz ağlasığmaz imkanlar açan bir bacarıqdır.
Düşünürəm, əgər kimsə mənə desəydi ki,
proqram təminatının məğzi əslində insanlıq, kompyuter texnologiyaları
vasitəsilə insanlara kömək etməkdir,
bu, mənim dünyaya baxışımı xeyli əvvəl dəyişərdi.
Ağlına bir ideya gəlsin, sonra onu öz əllərində tuta və sonra bir düyməni basa biləsən
və sonra o, milyonlarla insanın əlində olsun, yəni, məncə,
biz dünyada belə bir təcrübəyə malik ilk nəslik.
Bircə düşünün ki, yataqxana otağınızda nəyisə başlaya bilərsiniz və
əvvəllər böyük bir şirkət qurmamış bir qrup insanla birlikdə elə bir şey qura bilərsiniz ki,
bir milyard insan onu gündəlik həyatlarının bir hissəsi kimi istifadə etsin...
Bunu düşünmək belə dəlilikdir, deyilmi? Həqiqətən, bu, məni heyrətə salır və bu, inanılmazdır.
Sabahın proqramçıları gələcəyin sehrbazlarıdır.
Bilirsiniz, siz başqaları ilə müqayisədə sehrli gücə malik biri kimi görünəcəksiniz.
Heyrətamizdir. Bu, əlimizdə olanlardan super gücə ən yaxın olanıdır.
Əjdaha proqramçılar bu günün rok ulduzlarıdır. O qədər!
Amerikada 1 milyon ən yaxşı iş yeri açıq qala bilər...
...çünki, 10 məktəbdən ancaq 1-i şagirdlərə proqramlaşdırmanı öyrədir.
Həkim olmaq istəyirsiniz, ya rok ulduzu,
məktəbinizdə proqramlaşdırma dərsi barədə soruşun və ya onlayn "Code.org"da öyrənin.
Bu filmi bölüşün + "Code.org"u ziyarət edin.