Tip:
Highlight text to annotate it
X
Hər idmançı bilir ki, məşq etməklə peşəkar olursan,
eyni hərəkətləri mükəmməl olana qədər və ya məqsədinə çatana qədər təkrar etməklə.
Mən orta məktəbdə ikən
dalbadal 10 sərbəst atış edənə qədər məşqi tərk etməzdim.
Eyni şəkildə, kompüter proqramına gəldikdə, bir əmri təkrar edərkən
siz ona təkrarların dəqiq sayını verə bilərsiniz,
yaxud da bir məqsəd müəyyən edə
və bu məqsədə çatana qədər ona əmri təkrar etməsini deyə bilərsiniz.
Növbəti misalda "təkrar et" dəyişib,
onun neçə dəfə təkrar olunmağını istədiyinizi demək əvəzinə
"təkrar et, ta ki" blokundan istifadə edərək acıqlı quşa söyləyə bilərsiniz ki,
bu donuzu tutana və ya divara çaxılana qədər eyni şeyi etsin.
Bir də ki, biz yenə də dövrün daxilinə bir neçə bloku yerləşdirə və ardıcıl əməliyyatları təkrar edə bilərik.