Tip:
Highlight text to annotate it
X
Translator: Gulchin Taghiyeva Reviewer: Tunzala ABİL
(Musiqi)
(Alqışlar)
Çox sağ olun.
Hər kəsə salamlar.
Ban-kap-sıpnida. (Sizi gördüyümə şad oldum.)
Həyatımı ifa etdiyim kiçik bir parçamı sizinlə
bölüşmək istəyirəm.
Bu gün sizin qarşınızda
uğur qazanmış və xoşbəxt görünə bilərəm,
ancaq bir vaxtlar ağır depresiya və ümidsizliyin
cəngində idim.
Hər şeyim hesab etdiyim skripkam
da mənə ağır yük olmuşdu.
Çox adam mənə ümid verib rahatlatmağa çalışda da
sözləri mənə mənasız səs-küy kimi gəlirdi.
İllər çəkən əziyyətdən sonra hər şeydən
əlimi üzməyə az qalmışdı ki,
musiqinin əsl gücünü yenidən kəşf etməyə başladım.
(Musiqi)
Çətinlik anında
mənə ruhumu qazandırıb, ona güc verən musiqi oldu.
Musiqinin verdiyi rahatlıq izaholumayacaq
qədər güclü idi,
bu rahatlıq məni yuxudan oyadıb həyata olan
baxışımı tamamilə dəyişdi.
Məni uğurlu skripkaçı olmaq arzusunun verdiyi
stresdən azad etdi.
Özünüzü tək hiss etdiyiniz olurmu?
Ümid edirəm ki, bu musiqi mənim kimi sizin də qəlbinizə
toxunub sağaldacaq.
(Musiqi)
(Alqışlar)
Çox sağ olun.
İndi mən musiqinin köməyi ilə insanların qəlbinə yol tapıram
və bu yolda heç bir sərhəddin olmadığını aşkar etmişəm.
Musiqim hətta klassik musiqi ilə tanış olmasalar da
yanımda olub dinləməyi bacaran hamı üçündür.
Mən yalnız Carnegie Hall və Kennedy Center kimi məşhur
klassik musiqi zallarında deyil,
bir neçəsini sadalayacağım xəstəxana, kilisə,
həbsxana və cüzamlı xəstələr üçün ayrılmış məkanlarda
da ifalar edirəm.
Sonuncu ifa edəcəyim parça ilə də sizə
klassik musiqinin necə əyləncəli və maraqlı olub,
sizi hərəkətə gətirə biləcəyini göstərmək istəyirəm.
Sizə "Baroque in Rock" adlı yeni parçamı
təqdim etmək istəyirəm.
Bu yaxınlarda bu parçam qızıl disk mükafatını da qazanıb.
Bu mənim üçün böyük şərəfdir.
Məncə həyatıma xoşbəxt bir musiqiçi olaraq davam edərkən
arzuladığımdan da çox tanınıb seçilirəm.
İndi isə növbə sizindir.
Həyata baxışınızı dəyişmək yalnız sizi deyil
bütün dünyanı dəyişəcək.
Əlinizdə olan nə varsa onunla həyatınızı ifa edib
bütün dünya ilə paylaşın.
Sizin, TEDsterlərin dəyişəcəyi dünyanı
görmək üçün səbirsizlənirəm.
Həyatınızı ifa edin və ifanızla qalın.
(Musiqi)
(Alqışlar)