Tip:
Highlight text to annotate it
X
Gözlərin aldı məni,
Kəməndə saldı məni.
Getmə, getmə, gəl, gözəl yar,
Getmə, gəl.
Amandır, qoymayın!
Yar gözdən saldı məni.
Getmə, getmə, gəl, gözəl yar,
Getmə, gəl.
Qurbana, xan gözünə,
Nazla baxan gözünə, yar.
Yenə sürmə çəkmisən,
Evlər yıxan gözünə, yar,
Getmə, getmə, gəl.
Sənin ala gözlərin,
Canım ala gözlərin,
Getmə, getmə, gəl, gözəl yar,
Getmə, gəl.
Qurbana, xan gözünə,
Nazla baxan gözünə, yar.
Yenə sürmə çəkmisən,
Evlər yıxan gözünə, yar,
Getmə, getmə, gəl.
Gəl!
Qorxuram, birdən öləm,
Yada qala gözlərin.
Getmə, getmə, gəl, gözəl yar,
Getmə, gəl!