Tip:
Highlight text to annotate it
X
Allahın rəhməti ilə özümüzü bu parıltılardan saxlamaqla, əslində bu bizim üzərimizdə ağırlıq deyil,
əslində bu bizim məsuliyyətimizdə olan inkişafın ölçüsüdür ki, bunu
özünü paklamaqla, özünü mühakimə ilə keçirik ki, müəyyənləşdirək bizim bu dünyada dəyərimiz nədir ?
Odur ki, bir uşağa oruc tutmaq erkən yaşda öyrədilməlidir,
Bəzən bəziləri deyir ki, mənim uşağım oruc tutsa acından öləcək. Bu yanlışdır, ah o
susayacaq. Yox sən ona nəzarət edərsən, əgər onlar susamış görünsələr orucu pozdur. Gəlin onlara
erkən yaşda öyrədək. Niyə? Niyə uşaq erkən yaşda öyrənməlidir? Çünki əgər siz onlara erkən yaşlarda
adətlərindən özlərini saxlamağı öyrətsəniz ehtimal ki, onlar yetkin yaşlarında bunu davam etdirmək üçün
güclü iradə formalaşdıracaqlar. Bilirsiniz bu dünyada bizim ən böyük problemimiz
iradədir. İmam Əli (ə) buyurur ki, insanın zəifliyi onun arzularının
kökündədir, əgər mən arzularıma nəzarət edə bilmirəmsə hansı ki, yanlış arzulardır və mən onları
nəzarətdə saxlaya bilmirəmsə deməli bu mənim həyatımda ən zəif bağdır, Allaha nə qədər ibadət etsəm də əgər
bu zəiflik məndə davam edirsə bu dağıdıcı olacaq. Və bu Allahın verdiyi şüurluluq çox mühümdür,
mexaniki deyil, bacılar və qardaşlar. Bilirsinizmi bu inanılmazdır, mən indicə eşitdim doktor danışırdı
xeymədə çox maraqlı bir şey haqqında. İmam Hüseynin (ə) başını kəsən Şimr ibn Zilcəvşən
İmam Əli (ə) ilə bir cəbhədə Siffeyndə döyüşüb. O, gecə namazı qılırdı, o Quranı
avazla oxuyurdu, çox dindar idi zahirən, Şimr! O adam ki, biz Kərbəlada
ən pis varlıq kimi tanıyırıq. Çox dindar və pak idi zahirən, çox ibadət edən idi,
namazını qaçırmazdı. Və bununla belə o cinayəti törətdi. Nədir fərq ? Ehtimal ki,
bu öz mövqeyini müəyyən etməkdən ötrü özünü mühakimə etməməkdəndir, heç vaxt özünü əməlli araşdırmamaqdandır
hansı ki, səni mühitə adaptasiya edir. Və o adaptasiya, əxlaqi adaptasiya amansızdır.
Çünki nisbi əxlaq, nə zaman ki, bir fərd günün dəbinə görə özünün əxlaqi
movqeyini dəyişir bu adam lazımsızdır. Geri dönmək və
səndən aşağıda olan bir kəsin boynunu vurmaq onun əlamətidir ki, əgər bir insanın
mütəmmadi özünü mühakiməsi yoxdursa uğur qazana bilməyəcək. Və Allah bunu bizim öz ixtiyarımıza qoyub ki, könüllü şəkildə özümüzü
buna doğru istiqamətləndirək. Gəlin elə əlimizi göyə qaldırıb mələyin yerə enib
hər gün qəlbimizi təmizləməsini gözləməyək. Və əgər mən əllərimi göyə qaldırıb və desəm ''Rəbbəna atina
fiddunya həsənə və fil axirətil həsənə...'' və göydən bir mələk enəcək, əllərini mənim ürəyimə qoyacaq,
bütün qara ləkələri məndən götürəcək və sadəcə məni təmizləyəcək. Bilirsiniz, avtopilot, çünki mən
əllərimi ora qaldırıram. Yox, bu belə olmur. Bu yolla heç vaxt alınan deyil, işləyən təkcə
daimi mübarizədir, daimi. Və zərif bir reallıq var ki, mən bunu yaşlandıqca
daha çox anlayıram ki, mükəmməl bir reallıq var ki, Allah bizim azad iradə istəyimizi qoruyur. Bu qoruma
belədir ki, mən deyərdim, çox müqəddəsdir Allahın xilqətində, çox mühümdür Allahın xilqətində,
bizim ibadət etməyimiz bir növ Allahın müdaxilə etməsidir, lakin bu müdaxilə
nə etməli olduğumuz doğrultusundadır. Amma biz bunu doğru hərəkət etməliyik.