Tip:
Highlight text to annotate it
X
Kompüterlərin həqiqətən də yaxşı bacardığı bir şey əmrləri təkrar etməkdir.
Dalbadal, dəfələrlə eyni şeyi etməli olsaydınız, bir insan kimi həqiqətən təngə gələrdiniz.
Lakin kompüter eyni şeyi milyon və hətta milyard dəfələrlə edə bilər...
və bunu heç təngə gəlmədən, həqiqətən yaxşı yerinə yetirə bilər.
Məsələn, mən "Feysbuk"dakı hər kəsi ad günü münasibəti ilə
bir e-poçt göndərərək təbrik etmək istəsəm,
hamıya bütün bu e-məktubları yazıb göndərmək bir əsrdən çox çəkə bilər.
Amma bir neçə kod sətri vasitəsi ilə, mən bir sistem qura bilərəm ki,
"Facebook"dakı hər kəsə bir e-poçt göndərərək onların ad gününün təbrik etsin.
Beləliklə, dövrlər bundan ibarətdir və buna görə faydalıdır
və kompüterlərin çox yaxşı edə bildiyi bir şeydir.
Bu nümunədə məqsədiniz quşu hərəkət etdirərək
donuzu tutmaq olacaq. İndi bunu çox asanlıqla etmək üçün
biz "təkrar et" blokundan istifadə edə biləcəyik.
Bunu ya kompüterə beş dəfə "irəli get" komandasını verməklə edə bilərsiniz ki,
quş hər dəfə bir addım donuza tərəf irəliləsin.
Yaxud da kompüterə yalnız bir dəfə "irəli get" deyə,
sonra isə bunu 5 dəfə "təkrar et"məsini söyləyə bilərsiniz və bu, eyni şeyi edəcək.
Beləliklə, bunu etmək üçün, siz "irəli get" əmrini sürükləyib,
"təkrar et" blokunun içinə qoyursunuz.
Onu klikləyərək bloku neçə dəfə təkrar etmək istədiyinizi,
onun irəliyə neçə addım atmasını istədiyinizi söyləyə bilərsiniz. İndi daha bir məsələ odur ki,
"təkrar et" blokunun daxilində istədiyiniz qədər əmrlər yerləşdirə bilərsiniz.
Beləliklə, bu nümunədə siz ona irəli getməsini və sola dönməsini deyirsiniz ki,
o da bunu beş dəfə edəcək. Yaxşı, bu da belə, əylənin :-)