Tip:
Highlight text to annotate it
X
Hərkəsə salamlar.
Bu həftə mən fəxarət hissi ilə Amerika məktəblərində informatikaya
dəstək vermək istiqamətində yeni böyük bir addım atan tələbələr, müəllimlər,
şirkətlər və qeyri-kommersiya təşkilatlarına qoşuluram.
Bu bacarıqları öyrənmək yalnız sizin gələcəyiniz üçün vacib deyil,
bu, bizim ölkəmizin gələcəyi üçün vacibdir.
Əgər Amerikanın ən qabaqcıl mövqedə qalmağını istəyiriksə,
bizə sizin kimi gənc amerikalıların
az qala hər şeyi necə etdiyimizi dəyişəcək
alət və texnologiyaların sirlərinə yiyələnməyi lazımdır.
Buna görə də mən sizdən iştirak etməyi xahiş edirəm.
Yeni bir video-oyunu sadəcə almayın,
birini də siz düzəldin.
Ən son proqram əlavəsini ancaq yükləməyin,
onun tərtib olunmasına kömək edin.
Telefonunuzla ancaq oynamayın,
onu proqramlaşdırın.
Heç kəs anadan informatika mütəxəssisi olmur,
lakin bir az ağır zəhmət, bir qədər riyaziyyat və təbiət elmləri əlavə etməklə,
az qala hər kəs ola bilər.
Bu həftə sizin özünüzü sınamaq fürsətinizdir.
Bir də, heç kəsə imkan verməyin ki, sizə "bacarmazsan" desin.
Bir gənc oğlan və ya qız olun,
şəhər və ya kənd yerində yaşayın,
kompüterlər gələcəyiniz böyük bir hissəsi olacaq...
və əgər var gücünüzlə işləmək və öyrənmək istəyirsinizsə,
bu gələcəyi siz formalaşdıracaqsınız.
Hamınıza təşəkkür edirəm!