Tip:
Highlight text to annotate it
X
Translator: Tunzala ABİL Reviewer: Gulchin Taghiyeva
Fotoqrafçılığım haqda danışmaq üçün buradayam.
Ancaq bu fotoqrafiyadır ki?
Çünki, təbii ki, bu kameranızla
çəkəbiləcəyiniz bir fotoşəkil deyil.
Yenə də, fotoqraflığa olan marağım,
15 yaşında ilk fotoaparatımı
aldığımda başladı.
Bunu əvvəlki rəssamlığa olan marağımla qatışdırdım,
ancaq bir az fərqli şəkildə,
çünki kameradan istifadə edərkən
prosesi bir növ əvvəlcədən planlaşdırırdım.
Fotoaparatla bir fotoşəkil çəkdiyinizdə,
əsər aparatın düyməsi basıldığında hazır olur.
Mənə görə isə, fotoşəkilçilik təkcə doğru zamanda
doğru yerdə olmaqdan ibarət deyildi.
Bunu hər kəs edə bilər deyə düşünürdüm.
Buna görə fərqli bir şey yaratmaq istədim,
əsərin şəkil çəkildikdən sonra
yaranmağa başladığı bir şey.
Bunun kimi şəkillər:
işlək bir yolda davam edən tikintidir bu.
Amma gözlənilməz bir oyuna çevrilib.
Və buna baxmayaraq,
həqiqətə yaxın görünür.
Ya da bunun kimi fotoşəkillər -
həm qaranlıq həm rəngli,
ancaq hamısı müəyyən dərəcədə
realizmi qorumağa yönəlib.
Realizm deyərkən,
foto-realizmi nəzərdə tuturam.
Çünki, təbii ki,
bunlar həqiqətən çəkə biləcəyimiz şəkillər deyil,
ancaq necəsə kamera ilə çəkilməsi mümkün görüncək
şəkillər olsun istəmişəm.
Kələyi başa düşmək üçün bir az fikirləşəcəyiniz şəkillər
olsun istəmişəm.
Yəni bu həqiqətən anı tutmaqdan daha çox
düzgün ideyanı tutmaqla əlaqədardır.
Yaxşı onun gerçək
görünməsini təmin edən hiylə harasındadır?
Bu detallarla yoxsa rənglərlə mi
əlaqəlidir?
İşıqla mı əlaqəlidir?
Illüziyanı yaradan nədir?
Bəzən illüziyanı yaradan perspektivdir.
Amma sonda, dünyanı necə başa düşüb, iki-ölçülü(2D)
səhtdə bunu necə reallaşdırmaqdır əsas olan.
Bu reallığın həqiqətən nə olduğu deyil,
bizə real görünənlərin həqiqətən nə olduğudur.
Yəni əsas ideya
olduqca sadədir.
Mən bunu real əsərləri bir yerə
yığıb, alternativ bir reallıq yaratdığım həqiqət tapmacası
yaratmaqda görürəm.
Sizə sadə bir nümunə göstərim.
Burada üç ədəd mükəmməl şəkildə təsəvvür edilə bilən fiziki əşya var,
üç-ölçülü(3D) dünyamızla əlaqəli əşyalardır.
Amma müəyyən bir şəkildə birləşdiyində,
yenə mövcud olan üç-ölçülü obyekt kimi
görünür.
Həm də bilirik ki, mövcud ola bilməz.
Yəni beynimizlə oyun oynayırıq,
çünki beynimiz reallığın mənası olmadığını
qəbul edə bilmir.
Və eyni prosesi fotoşəkilləri
birləşdirərkən də görürəm.
Bu əslində fərqli həqiqətləri birləştirməklə əlaqədardır.
Yəni bir fotoşəkili həqiqi göstərən şeylər,
məncə haqqında heç düşünmədiyimiz şeylər,
gündəlik həyatlarımızda, ətrafımızda olan şeylərdir.
Fotoşəkilləri birləşdirərkən də
bunu nəzərə almaq həqiqətən əhəmiyyətlidir,
çünki əks halda, bir şəkildə səhv görünür.
Söyləmək istədiyim şey, həqiqi bir nəticə əldə etmək üçün
əməl etməli olduğumuz üç sadə qayda var.
Gördüyünüz kimi, bu şəkillərin xüsusi bir tərəfi yoxdur.
Amma birləşdirildiyində, belə bir şey alınır.
Yəni ilk qayda, birləşdirilən fotoşəkillərin
perspektivləri eyni olmalıdır.
İkincisi, birləşdirilən fotoşəkillərin
işıqlardırılması eyni olmalıdır.
Və bu iki şəkildə də bu iki şərt gözlənilib -
eyni yüksəklikdən və eyni işıqda çəkilib.
Üçüncüsü isə, şəkli bütövləşdirib, şəklin birinin
harada bitib, digərinin haradan başladığını
ayırd etməyi qeyri-mümkünləşdirməkdir.
Şəklin necə yaradıldığı
ayırd edilə bilməyəcək şəkildə birləşdirilməlidir.
Fərqli şəkillərin arasındakı sərhədlərdə rəngi, kontrastı
və parlaqlığı uyğunlaşdırmaqla,
sahənin dərinliyi, solmuş rənglər
və xışıltı kimi deffektlərdən
istifadə etməklə
fərqli şəkillər arasındakı sərhədləri silirik və
tək bir rəsimmiş kimi görünməsini təmin edirik,
baxmayaraq ki, bir şəkildə
yüzlərlə belə detal mövcuddur.
Bu isə başqa bir nümunə.
(Gülüş)
İnsanlar bunun bir ərazinin rəsmi olduğunu və dəyişdirilmiş
qisimin alt tərəf olduğunu düşünə bilərlər.
Amma əslində bu şəkil tamamilə, fərqli yerlərin
fotoşəkillərinin birləşdirilməsiylə meydana gəlib.
Məncə bir yer yaratmaq, bir yer tapmaqdan
daha asandır,
bu şəkildə ideyalarınızı az da olsa dəyişdirmək
ehtiyacı duymursunuz.
Amma bu çox planlaşdırma tələb edir.
Və bu fikir ağılıma qışda gəldiyindən,
planlamaq və təməl olaraq tapmacanın
parçalarını tamamlayacaq fərqli yerləri
tapmaq üçün bir neçə ayım olduğunu bilirdim.
Məsələn,
balığın rəsmi balıq tutarkən çəkilib.
Sahiller isə fərqli məkanlardır.
Su altı qisimi bir daş ocağında çəkilib.
Və bəli, hətta adanın təpəsindəki evi daha İsveç tərzi görünməsi
üçün qırmızıya boyadım.
Yəni həqiqətə yaxın bir nəticə əldə etmək,
məncə planlaşdırma sayəsində mümkün olur.
Hər zaman bir qaralama, bir fikirlə başlayır.
Ardından fərqli fotoşəkilləri birləşdirmək gəlir.
Bu şəkildə məsələn, hər bir parça çox yaxşı planlanıb.
Və fotoşəkilləri yaxşı çəksəniz,
nəticə olduqca gözəl və ayrıca
olduqca realistik ola bilər.
Yəni ehtiyacımız olan bütün vəsaitlər var
və bizi məhdudlaşdıran tək şey isə
xəyal gücümüzdür.
Təşəkkür edirəm.
(Alqışlar)