Tip:
Highlight text to annotate it
X
Həyat fundamental olaraq cansız şeylərdən fərqlidir. Yoxsa elə deyil?
Erwin Schrödinger adlı fizik həyata belə tərif vermişdir:
Canlılar pozğunluq və tarazlıqdan yayınır.
Bu nə deməkdir?
Tutaq ki, yüklənənlər qovluğunuz kainatdır.
Bu, səliqəli başlayır və zaman keçdikcə xaotik vəziyyət alır.
Enerji sərf edərək bunu səliqəli vəziyyətə sala və təmizləyə bilərsiniz.
Canlıların da etdiyi budur.
Onda həyat nədir?
Dünyadakı bütün canlılar hüceyrələrdən təşkil olunub.
Əslində hüceyrə heç nə hiss edə bilməyəcək qədər kiçik olan zülal əsaslı robotdur.
Hüceyrə məhz həyata təyin etdiyimiz xüsusiyyətləri daşıyır.
Özünü ətrafından ayıran divarı var, hansıki, yaşaması üçün şərait yaradır və özünü nizamlayıb sabit vəziyyətdə saxlayır.
Sağ qalmaq üçün qidalanır, böyüyüb inkişaf edir, ətraf mühitə reaksiya göstərir, təkamül keçirir və çoxalır.
Ancaq hüceyrəni təşkil edən şeylərdən heç biri canlı deyil.
Maddələr bir-biri ilə kimyəvi reaksiyaya girir, digər reaksiyaları formalaşdırır, hansıki, başqa reaksiyaları başladır.
Hər hüceyrədə bir saniyə ərzində milyonlarla reaksiya gedir və qarmaqarışıq orkestr formalaşdırır.
Hüceyrə minlərlə növ zülal yarada bilər.
Bunların bəziləri çox sadə, bəziləri də qarmaqarışıq kiçik mexanizmlərdir.
100 km/saat sürətlə maşın sürəndə küçədən yığdığınız şeylərlə maşının hər bir parçasını davamlı olaraq bərpa etdiyinizi xəyal edin.
Hüceyrələrin də etdiyi budur.
Ancaq hüceyrənin heç bir parçası canlı deyildir. Hər şey təbiətin qanunları ilə hərəkət edən cansız maddələrdən ibarətdir.
Yəni, həyat bütün bu baş verən proseslərin birləşməsidir?
Bir gün canlı olan hər şey öləcək.
Bu prosesin məqsədi yeni varlıqlar yaradaraq bunun qarşısını almaqdır.
və bu deyəndə nəzərdə tutduğumuz şey DNT-dir.
Əslində həyat ətrafta genetik informasiyanı daşıyan bir şeydir.
Bütün canlılar təkamülə məruz qalır və ən yaxşı canlını təkmilləşdirən DNT isə oyunda qalır.
Onda həyat DNT-dir?
DNT-in ən kompleks molekul olduğu, şübhəsiz ki, düzdür, ancaq tək başına heç nə edə bilməz.
Bu, virusların düz işə qarışdığı və hər şeyi daha kompleks etdiyi nöqtədir.
Viruslar daxilində RNT və ya DNT olan kapsullardır və nəsə etmək üçün hüceyrələrə ehtiyacları var.
Biz virusların canlı sayılıb-sayılmamalı olduğuna əmin deyilik.
və hələ də Yer üzündə 225,000,000 m3 virus var.
Belə görünür ki, Onlar haqlarında nə fikirləşdiyimizlə maraqlanmır.
Ölü hüceyrələrə daxil olub onları təzədən canlandıran viruslar belə var.
Beləcə viruslara sığınacaq olub xətti daha da bulandırırlar.
Və ya Mitoxondri
Onlar ən kompleks hüceyrələrin güc mənbəyidir və əvvəllər daha böyük bir hüceyrənin içinə girən müstəqil bakteriya idilər.
Hələ də öz DNT-ləri var və müstəqil çoxala bilirlər, lakin onlar artıq canlı deyillər-ölüdürlər.
Yəni, DNT-lərini yaşatmaq üçün öz həyatlarından keçiblər.
Bu da, əgər genetik olaraq sərf edirsə, canlıların cansız şeylərə çevrilə biləcəyi mənasına gəlir.
Onda həyat, bəlkə də, davamlılığını sığorta edə bilən informasiyadır.
Bəs süni zəka?
Ən ümumi təriflə desək, kompyuterlərdə suni zəkanı, demək olar ki, yaratmışıq.
Qurduğumuz texnologiyanın o nöqtəyə gəlməsi sadəcə vaxt məsələsidir.
Bu, fantastika da deyil.
Bunun üstündə işləyən bir çox ağıllı şəxs var.
Kompyuter viruslarının canlı olduğunu, onsuzda mübahisə edə bilərsiniz.
Hmm, yaxşı. Onda həyat nədir?
Əşyalar, proseslər, DNT, informasiya?
Məsələ nə qədər çox qarışdır.
Bir şeyə əminik: "həyat fundamental olaraq cansızlardan fərqlidir, çünki, canlılar fiziki olmayan elementlərdən təşkil olunublar və idarə olunma prinsipləri cansız obyektlərinkindən fərqlidir" ideyası doğru deyildir.
Charles Darwindən əvvəl insanlar özləri və başqa canlılar arasında xətt çəkirdilər; bizi xüsusi edən nə isə sehrli bir şey var idi.
Biz başqa canlılar kimi təkamülün bir məhsulu olduğumuzu qəbul edəndə fərqli bir xətt çəkdik.
Amma biz kompyuterlərin nə edə biləcəyi və həyatın necə işləməsi haqda daha çox öyrəndikcə
həyatın təsvirinə uyğun ilk mexanizmi yaratmağa o qədər yaxınlaşmışıq ki, öz təsvirimiz təzədən o qədər də təhlükəyə girir.
Bu əvvəl-axır olacaq.
Burada sizin üçün başqa bir sual da var: Əgər kainatdakı hər şey eyni maddədən yaradılıbsa, bu, kainatdakı hər şeyin cansız olduğu mənasını verir?
Ya da hər şeyin canlı olduğu?
Yoxsa bu, sadəcə, qarmaqarışıqlıq məsələsidir?
Bu, bizim ilk andan canlı olmadığız üçün heç vaxt ölə bilməyəcəyimiz mənasını verir?
Həyat və ölüm yersiz sualdır və biz bundan hələ də xəbərdar deyilik?
Kainatın fikirləşdiyimizdən daha çox bir parçası olmağımız mümkündür?
Bizə baxmayın; bizim sizə təqdim edə biləcəyimiz cavablarımız yoxdur
Haqqında düşünməyiniz üçün sadəcə suallarımız var.
Haqqında düşünməyiniz üçün sadəcə suallarımız var.