Tip:
Highlight text to annotate it
X
Seks zamanı mən qışqırdım və məni buraxmasını tələb edirdim. Lakin o, mənə qulaq asmadı və əlləri ilə ağzımı bağladı. Mən nəfəs ala bilmirdim və ağlamağa başladım. Amma o, heç nəyə məhəl qoymadan məndən istifadə etdi. Mən isə sadəcə ağladım
Evlilik üçün çox gənc Uşaq yaşda gəlin olanların sirri
Uşaq evliliyi dünyanın bir çox yerində baş verir
Bu yalnız hər hansı bir din və ya cəmiyyətdə baş vermir
Qadağan olunmasına baxmayaraq uzun illərdən bəri davam edən adət-ənənələr bunun yerinə yetirilməsini tələb edir
Belə davam edərsə növbəti onillikdə 100.000 000-dan artıq qız uşağı erkən evliliyin qurbanı olacaq
Onlar mənim əllərimi xına ilə bəzəyirdilər. Amma mən onların məni ərə verməyə hazırlaşdıqlarını bilmirdim
Sonra anam gəldi və mənə "gəl qızım" dedi. Mənə gəlinlik geyindirdilər. Mənim heç nədən xəbərim yox idi
Anamdan nə baş verdiyini soruşanda o mənə sadəcə "gəl, gəl" deyirdi. Sonra toy mərasimi başladı
HİNDİSTAN - gizli toy mərasimi
Uşaq evliliyi dünyanın inkişaf etməkdə olan hər 50 ölkəsindən birində baş verir. Demək olar ki, hər zaman da qız uşaqlarının erkən yaşda məktəbdən alınmaları ilə nəticələnir
Ancaq valideynlər usaqlarını təhsildən uzaqlaşdırmaqla onları zorakılığın qurbanına çevirdiklərinin fərqinə varmırlar
Lakin valideynlər səbəblərdən yalnız biridir
Çox güman ki, onlar uşaqlarını normal qidalandıra bilmirlər. Bu da çox vaxt erkən nigahlara gətirib çıxarır
Erkən nigahlar *** vaxt təhqir və hətta ölümlə nəticələnir
Bir əfqan polis qadın mənə demişdi: qadınlar həmişə ailənin problemi sayılıblar, kişilər isə şahı. Sonradan o qadın Taliban tərəfindən qətlə yetirildi
Nişanlananda mənim 7 yaşım var idi. Biz ailə birliyinin üzvü olduğumuz üçün mənim atam və onun atası uşaqlarını dəyişdirməyi qərara almışdılar
Evlənəndə mənim 7 yaşım var idi. Həmişə düşünürdüm ki, Allah məni nəyə görəsə cəzalandırır
Erkən evliliklərin əsas səbəblərindən biri ərin və onun ailəsinin düşüncələridir. Onlar qız uşaqlarını erkən yaşdan gəlin gətirərək onları özləri istədikləri şəkildə böyüdürlər
Qız uşağı ailəyə gəldikdən sonra ailədə hər kəsə hörmət etməlidir. Çünki artıq onlarla yaşayacaq
Biz qadınlara xarici görünüşlərinə görə gözəl demirik, əksinə onları evləri və ərlərinə göstərdikləri qayğıya görə qiymətləndiririk
O, mənimlə cinsi əlaqədə olmaq istəyirdi. Mən qaçmağa çalışdım. O, isə məni qolumdan tutdu və dedi: hara qaçmağa çalışırsan? Sonra isə mənimlə cinsi əlaqədə oldu
Mən qadın alverinin qurbanı olmuşam. Mənim ərim və qayınatam Talibanla razılaşmışdılar
Qayınatam məni evdən çıxarıb dağa apardı. Onların məni öldürəcəyini düşünürdüm
Ağlıma belə gəlməmişdi ki, onlar mənim burnumu və qulaqlarımı kəsəcək. Gözlərimdən qan gəlirdi. Mən qanın hardan gəldiyini bilmirdim
Mənim dostlarım evlənmirdi, təkcə evlənən mən idim. Buna görə də bu mənim xoşuma gəlmirdi. Mən valideynlərimin məni ərə verəcəklərini bilirdim. Buna görə də qaçmışdım
Mənim təxminən 14 yaşım olardı. Məni ərə verdikləri adam tək qalmağımızı gözləyirdi
Məni zorlamışdılar. Bura gəlməyimə peşman idim. Ailəmlə qalmağı arzu edərdim. Məni zorlayan adam prezervativdən istifadə etməmişdi
Sonra o, məni fahişə kimi işlədən bir adamla tanış elədi. 15 gün sonra mən hamilə olduğumu anladım.
Mən tez-tez xəstələnirdim. Nə qədər mübarizə aparsam da hamilələliyin 9-cu ayına qədər fahişə kimi işlədildim
Bəzi mədəniyyətlərdə gənc bakirə ilə evlənmək QİÇS ilə mübarizə metodu hesab olunur
Əksər hallarda onlar dərhal cinsi əlaqəyə məruz qalırlar. Çünki vəziyyəti idarə etmək imkanına malik olmurlar. İdarə edən hər zaman kişi olur.
Gənc qızlarla evli olan yaşlı adamlar seksə daha meylli olurlar
Mən uşağın necə edildiyini bilmirəm, amma bilirəm ki, qadınlar hamilə qalır. Uşaq onun qarnının içində yaşayır və sonra doğulur
Mən hamilə qalmaq istəmirdim. Çünki hələ çox cavan idim. Kifayət qədər böyümək istəyirdim
Düşünürdün ki, bunu etməsən səni öldürəcəklər?
Bəzən mən öləcəyimi düşünürəm
Kimdənsə kömək istəmişdin? Öz gələcəyinlə bağlı narahat deyildin?
İndiyə kimi kömək istəyə biləcəyim heç kim olmayıb. Kim mənə kömək etmək istəyə bilər ki?
Uşaq evliliklərinin sayının getdikcə azalması sevindirici xəbərdir
Lakin biz yüzilliklər boyu oturub uşaq evliliklərinin tamamilə yoxa çıxmasını gözləyə bilmərik
Söhbət növbəti onillikdə gənc yaşda evlənəcək 100 000 000-la qızın həyatında gedir. Biz məsələnin sürətlə həllinə çalışacıq
Anam sağ olanda mənim oxumağıma icazə verirdilər. Amma sonradan məni məktəbə buraxmadılar
Təhsil uşaq evliliyi ilə mübarizənin yeganə yoludur. Qızlar uşaq ikən gəlin olmaq istəmirlər
Uşaqlıq yemək bişirmək, ev təmizləmək və uşaq doğmaq üçün yox, təhsil, dostlar qazanmaq və şənlənmək üçündür
Həmişə gələcəyimizin daha uğurlu olması üçün dua edirəm
Dua edirəm ki, gələcək həyatımda indikində olduğu kimi məni döyən, bizə qarşı silah işlədən kişi olmayacaq �