Tip:
Highlight text to annotate it
X
Translator: Gulchin Taghiyeva Reviewer: Fəxri Xanlarzadə
11 yaşımdaydım.
Səhərin birində, evimizdəki sevinc səslərinə oyandığım indiki kimi yadımdadır.
Atam balaca boz radiosunda BBC Xəbərlərinə
qulaq asırdı.
Üzündə o vaxt heç alışıq olmadığımız bir təbəssüm vardı,
çünki xəbərlər əksərən üzərdi onu.
"Taliban geri çəkildi!" - deyə qışqırdı atam.
Bunun nə demək olduğunu başa düşmədim,
amma atamın necə xoşbəxt olduğunu görə bilirdim.
"İndi əsl məktəbə gedə bilərsən", - dedi atam.
Heç unuda bilməyəcəyim bir səhər idi.
Əsl məktəbə getmək.
Taliban Əfqanıstanı ələ keçirib qızlar üçün məktəbi
qeyri-qanuniləşdirəndə cəmi 6 yaşım vardı.
Beləcə, sonrakı beş il ərzində, artıq təkbaşına çölə çıxması
yasaqlanmış bacımı müşaiyət edərək gizli məktəbə getmək
üçün oğlan kimi geyinməli oldum.
İkimizin də təhsil ala bilməmiz üçün tək yolumuz buydu.
Hər gün fərqli bir yoldan gedərdik ki,
heç kim hara getdiyimizdən şübhələnməsin.
Kitablarımızı bazar torbalarına bükərdik,
sadəcə alış-verişə çıxdığımızı sansınlar deyə.
Məktəb bir evin içindəydi,
100-dən artıq adam bir balaca otağın içində paketlənmiş kimi.
Qış vaxtı rahat idi, amma yayda dəhşət isti olardı.
Müəllimlər, şagirdlər və valideynlərimiz- hamımız
həyatımızı təhlükəyə atdığımızı bilirdik.
Bəzən, Taliban şübhələndiyi üçün, məktəb qəfildən
bir həftəlik bağlanardı.
Həmişə haqqımızda nə isə bildiklərindən qorxardıq.
Görəsən, izləyirlərmi bizi?
Harada yaşadığımızı bilirlərmi?
Qorxurduq,
amma yenə də, məktəb, olmaq istədiyimiz yer idi.
Mən əslində çox şanslı idim, təhsilə dəyər verən
və qızlarını bir xəzinə sayan bir ailədə böyüdüyüm üçün.
Babam, öz dövrünə görə fövqəladə bir insan idi.
Əfqanıstanın ucqar bir yerində yaşayan fərqli bir düşüncə sahibi,
qızının, yəni anamın, məktəbə getməsi üçün israr etdi,
və buna görə hətta atası tərəfindən övladlıqdan rədd edildi.
Amma mənim təhsil görmüş anam müəllim oldu.
Odur.
İki il əvvəl təqaüdə çıxdı, və evimizi
qonşuluqdakı qızlar və qadınlar üçün bir məktəbə çevirdi.
Və atam - budur -
ailəsində təhsil görmüş ilk fərd idi.
Qızları da daxil, onun uşaqlarının da
təhsil alacağına heç şübhə yox idi.
Taliban təhlükəsinə baxmayaraq, riskləri gözə alaraq.
Ona görə, uşaqlarının təhsil almaması daha təhlükəli idi.
Taliban illərində, yadıma gəlir,
vaxtlar olurdu, həyatımızdan, həmişə qorxu içində olmaqdan
və gələcəkdən bir işıq görməməkdən usanardım.
Hər şeydən əlimi üzməyim gələrdi.
Atam isə,
deyərdi,
"Dinlə, qızım,
həyatındakı hər bir şeyi itirə bilərsən.
Pulun-paran oğurlana bilər. Savaşlar içində evini tərk etməyə məcbur qoyula bilərsən.
Ancaq səninlə daim qalacaq olan tək şey
burdakıdır,
və əgər sənin məktəb xərclərini ödəmək üçün qanımızı belə satmalı olsaq,
satıb səni məktəbə göndərəcəyik.
İndi, hələ də davam etməməkdə israrlısanmı?"
Bu gün 22 yaşındayam.
On illərlə davam edən müharibədə dağıdılmış
bir ölkədə böyümüşəm.
Yaşıdlarımın ancaq 6%-dən azı orta məktəbi bitirə bilib,
və əgər ailəm təhsilimin ardınca bu qədər getməsəydi,
mən də bunu bacarmazdım.
Əvəzində, mən, burada, sizin qarşınızda məğrur bir Middlebury Collec məzunu olaraq dayanıram.
(Alqış)
Əfaqınsatana qayıtdıqda, məni ilk təbrik edən
kəslərdən biri, qızını məktəbə göndərdiyinə görə
sürgün olunmuş öz babam idi.
O, ancaq məzun olduğuma görə deyil,
həm də Kabil küçələrində
onu maşınla gəzdirən ilk qadın olduğuma
görə öyünür.
(Alqış)
Ailəm mənə inanır.
Böyük xəyallarım var, ailəmin mənim üçün xəyalları isə daha böyükdür.
Buna görə də, 10x10 adlı qadınlara təhsil amaclı
bir qlobal kampaniyasının elçisiyəm.
Buna görədir ki, qadınların
məktəbə getməsinin hələ də riskli olduğu bir ölkədə,
Əfqanıstanda, ilk yatılı məktəb
olan SOLA-nın qurucularındanam.
Ən gözəli də budur ki, məktəbimdə içlərində
imkanlardan yararlanma eşqi olan tələbələr görürəm.
Və valideynlərinin, atalarının, atamın mənə
etdiyi kimi, bütün qarşı çıxanlara baxmayaraq
öz qızlarına necə dəstək olduqlarını görürəm.
Eynən Əhməd kimi. Sizə onun
üzünü və həqiqi adını deyə bilmirəm,
ancaq o, tələbələrimdən birinin atasıdır.
Təxminən bir ay əvvəl, qızı ilə birlikdə SOLA-dan
kəndlərinə gedərkən, yol kənarındakı
bomba partlamasında ölməkdən onları
bir neçə dəqiqə ayırdı.
Evə çatanda telefonları çaldı və
telefondakı səs onu,
qızını məktəbə göndərməyə davam edəcəyi halda,
partlayışın təkrarlanacağı ilə hədələdi.
O isə, "İstəyirsinizsə, indi öldürün məni," - dedi,
"ancaq sizin geridəqalmış və köhnə fikirlərinizə
görə qızımın gələcəyini korlayacaq deyiləm."
Zamanla Əfqanıstan barədə kəşf etdiyim şey,
bəzən Qərblilər tərəfindən gözardı edilən fakt -
uğuru yaxalamış hər birimizin arxasında
qızının dəyərini bilib onun uğurunu öz uğuru sayan
bir atanın dayanmasıdır.
Hərçənd analarımızın uğurumuzun açarı olmadığı anlamına gəlməz bu.
Əslində, ataları qızlarının parlaq gələcəyinə inandıran
və yönləndirən əksərən analardır.
Ancaq Əfqənistandakı kimi bir cəmiyyətdə,
kişilərin dəstəyi labüddür.
Taliban dövründə məktəbə gedən qızların sayı
yüzlərlə ölçülürdü -
bildiyiniz kimi, bu, qeyr-qanuni buyurulmuşdu.
Hal-hazırda isə, Əfqanıstanda məktəbə gedən qızların sayı 3 milyondan çoxdur.
(Alqış)
Əfqanıstan Amerikadan baxınca çox fərqli görünür.
Amerikanların dəyişiklərdəki dayanıqsızlıqları gördüklərini anlayıram.
Bu dəyişikliklərin ABŞ ordusu çəkildikdən sonra çox
uzun çəkməyəcəyindən qorxuram.
Ancaq mən Əfqanıstana qayıdıb
məktəbdə uşaqları və onlara dəstək olub
ruhlandıran valideyinlərini görəndə,
işıqlı bir gələcəyə və
davamlı bir dəyişikliyə olan inamım artır.
Mənə görə, Əfqanıstan ümidlərin və sərhədsiz imkanların ölkəsidir,
və SOLA-da oxuyan qızlar da
bunu hər gün mənə bir daha andırırlar.
Onlar da mənim kimi böyük xəyallar qururlar.
Çox sağ olun.
(Alqış)