Tip:
Highlight text to annotate it
X
Uşaqlar, hər kəsə salamlar! Bu videoda ingilis dilini daha tez və şən öyrənməyin yolları və tövsiyələri ilə bölüşəcəm.
Beləliklə birinci tövsiyə odur ki, nə qədər qəribə səslənsə də, mahnı oxumaqdır.
Hər hansı sevdiyiniz mahnıları götürün və çalışın onları müğənnilərin tələffüzünü imitasiya edərək oxuyun.
Bu metod dil səviyyənizi o qədər də yüksəltməsə belə, sizin aksentinizi düzəltməyə kömək edəcək.
Əlbəttə ki, Beyone olmaya da bilərsiz, amma tələffüzünüzün inkişafında əmin ola bilərsiz.
İkinci tövsiyə, maraqlarınız barədə xəbərlər və bloqları oxumaqdır.
Yəni, sizi kosmetika maraqlandırırsa, make up dünyasında yeniliklər barədə xəbərləri oxuyun.
Sizi futbol maraqlandırır? Onda ən son matçlar barədə xəbərləri oxuyun.
Hər şey çox sadədir, əgər oxuduğunuz mətn sizi maraqlandırır
siz oxumağa və mətni başa düşmək üçün çalışmağa davam edəcəksiz, tanımadığınız sözlərlə rastlaşsaz belə.
Birinci dəfədən bəlkə də sizdə bütün mətni anlamağı alınmayacaq, eybi yox, lüğətdən istifadə edə bilərsiz.
Əsası odur ki, gözünüz artıq ingilis dilində oxumağa alışacaq və növbəti dəfə siz tanımadığınız sözlərlə olan bit mətn ilə rastlaşsaz, bu sizi qorxutmayacaq.
Üçüncü, və çoxların ən sevdiyi, tövsiyə ingilis dilində serial və filmlərə baxmaq və radio-ya qulaq asmaqdır.
Bu sahədə sizin böyük seçiminiz var. Çoxlu film və serial var. Mənim üçün belə bir öyrədən serial Friends olmuşdur.
Əlbəttə əvvələr hər şeyi başa düşməyə çətin olacaq, amma vaxt keçərkən siz artıq ingilis dilini nəyinki eşitməyi həm də bu dildə qulaq asmağı öyrənəcəksiz.
Subtitr/altyazı ilə baxmağa başlaya bilərisz, lakin mütləq özünüzə məqsəd qoyun ki bir neçə seriya ya filmdən sonra onlarsız bahasız.
İngilis dilində radio-ya qulaq asmağa telefon üçün olan iHeartRadio və bu kimi applications ilə bilərsiz.
Dördüncü tövsiyə odur ki, dili eyni məqsədi olan dost və tanışlarla öyrənəzsiz.
Məsələn, xaricdə təhsil almaq istəyən dost ya tanışınız varsa, dili onlarla birlikdə öyrənin.
Bu nəyinki öyrənmə prosesini daha şən edəcək, həm də rəqabət hissini oyadacaq hansıki hər ikiniz üçün motivasiya olacaq.
Beşinci tövsiyə mütləq özünüzə ingilis dili nə üçün sizə lazım olan məqsəd və bu məqsədə nail olmaq üçün deadline qoymaqdır.
Bir sıra kimi məqsədlər ola bilər, məsələn, IELTS ya TOEFL imtahanını istədiyiniz nəticə üçün 3 ay ərzində hazırlaşmaq,
işdə və ya karyerada bir il ərzində yüksəliş almaq və ya xaricdə təhsil almaq.
Çünki məqsədiniz olmasa siz sadəcə, bir neçə vaxt keçdikdən sonra, çalışmağınızın nəticələrini görə biləcəyinizdən əvvəl öyrənməyə dayanacaqsız.
Altıncı və sonuncu tövsiyə ingilis dili dünyasına bütövlüklə daxil olmaqdır.
Telefon ya kompyuterinizi ingilis dilinə dəyişin, özünüzə dili məşq edə biləcəyiniz ilə bir onlayn xarici dost tapın,
sevdiyiniz aktyor/aktrisanı və ya hər hansı bir məşhuru tapıb onların bütün intervyularına baxın,
sadəcə vaxt sərf edib çalışın və sizdə mütləq hər şey alınacaq!
Əlbəttə bütün bu tövsiyələr kitabları oxumağı, qrammatikanı və lüğəti öyrənməyi əvəz edə bilməz,
amma ümid edirəm ki bunlar sizə öyrənmə prosessini daha asanlaşdırmağa və tezləşdirməyə kömək edəcək.
Bu günə bu qədər, baxdığınız üçün təşəkkürlər!
Mən buraxa bildiyim hər hansı tövsiyələrinizi şərhlər bölməsində paylaşın. Heləlik!